Şrift:
Azərbaycanda su təchizatı sistemlərinin yenidən qurulması üzrə tender elan edilib
27.06.2012 [11:24] - Gündəm, İqtisadiyyat
Azərbaycanın su operatoru "Azərsu" ASC Altıağac və Xızı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satınalınması üzrə tender elan edib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Tenderdə şəhərlərdə 39,5 kilometr uzunluğunda supaylayıcı şəbəkənin, su anbarının, xlorlayıcı qurğunun, 3,6 kilometr uzunluğunda kanalizaasiya şəbəkəsi və magistral kollektorun, nasos stansiyasının, inzibati binanın, anbarların, qarajların və s. tikintisi nəzərdə tutulub.
Tender Yaponiya ilə Əməkdaşlıq Beynəlxalq Agentliyi və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən "Su təchizatı və kanalizasiya" layihəsi çərçivəsində elan edilib.
Tenderdə iştiraka görə ödəniş 150 manat və ya 200 ABŞ dolları təşkil edir.
Tenderdə iştirak üçün lazım olan sənədlər 2012-ci il avqustun 10-dək "Azərsu" ASC-yə təqdim olunmalıdır. Ünvan: Bakı şəhəri, Moskva prospekti, 67.
Əlaqələndirici şəxs - İlqar Tağıyev. Telefon: +994 12 431 4767 (1033), faks: +99 430 2911.
Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed