09.03.2018 [10:14] - Türk dünyası-Turan, Mədəniyyət
Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatının seçilən poeziya nümunələrindən ibarət “Şair və Vətən” adlı şeir gecəsi təşkil olunacaq.
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq gecə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə gerçəkləşəcək.
Azərbaycan və Türkiyə poeziya nümunələrinin tarixi inkişaf mərhələləri haqqında məlumat veriləcəyi tədbirdə “Vətən və millət eşqi, qəhrəmanlıq və igidlik” mövzularında şeirlər professional teatr sənətçiləri tərəfindən səsləndiriləcək.
Proqramın sonunda Bakı Bələdiyyə Teatrının aktyorları tərəfindən kiçik səhnəcik təqdim olunacaq.

Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |