27.06.2012 [11:53] - Gənclik
“Dünya necədir, bunu hamı bilir. Mən öz dünyamı
çəkirəm.” Pablo Pikasso
M.Ə. Rəsulzadənin yadigarı olan üçrəngli bayrağımızın Şuşada dalğalanacağı bir şəkil olacaq o şəkil.
Çox dərin fəlsəfi olan bu sualı məncə, birmənalı cavablandırmaq mümkün deyil. İnsan Allahın ona bəxş etdiyi ömür payının bütün anlarını bir tabloya bilərmi? Əsla, yox! Bu ömrü söz adamlarının bir qismi “saraya bənzədirlər ki, hər gün ondan bir kərpic düşər” , bir qismi isə ağaca bənzədib ki, ömrün baharında həyat, yaşam mənasını verən yaşıl rəngə bürünür, payızında isə xəzana dönərək bir-bir tökülür. Gənclik çağı insan arzularının coşub-çağlayan , bəzən də təlatümlü bir dənizi xatırladacaq qədər mənalı anlardır. Mən öz mənalı düyamı bir an üçün belə çəkərdim. Mavi dəniz sahilində iki gənc əl-ələ verib tilov atırlar. Axşamçağıdır. Günəş qürub edir. Batan günəşin sarı şəfəqləri dənizin maviliyinə bir rəng qatır. Bu rənglərin çalarında mən öz dünyama dalıram. O dünyama ki, yerin zümrüd çalarında, göyün mavi ənginliklərində bitib-tükənməyən əməllər eşqi ilə yaşayır. Amma unutmayaq ki, insan bəzən arzuladığı həyata çata bilmir. Keşməkeşli bu ömür yolunun dolanbac yollarında büdrəmədən addımlamaq hər kəsə nəsib olmur. Məncə, həyata rəng qatan, onu mənalandıran da elə həmin dolanbac yollardı. Bir də görürsən ki, həyat səni sıxır,dərdini bölmək üçün bir həmdərdə ehtiyac duyursan. Gözəl şairimiz Musa Yaqub demişkən:
Ürəyim əlimdə olan vaxtları,
Bir də əllərimə baxmağım gəlir.
Darıxqan oluram. Kövrək oluram,
Ya bir dost əlini sıxmağım gəlir.
Nə etmək olar ki, insan bu hisslərdən xali deyil. Məhz bu anda bir tablo çəkmək istərdim ki, dünyanın qəm yükünü baxışlarında yaşadan babamız Füzuli bir əlini çənəsinə dayayaraq eşq dəryasında üzür. Bir tərəfdə isə təbiətin min bir rəngini öz əsərlərində canlandıran Səttar Bəhlulzadə öz dünyasına qərq olub. Mən də dəryanın bir damlısı kimi onlarla bir arada qəm dəryasının özünə belə baş vurmağı xoşbəxtlik sanardım. Bahar ömrü yaşayan bir gəncin belə qəmli notlara köklənməsini bəlkə də bəziləri qınayar. Amma unutmayaq ki, mənsub olduğum nəslin övladları zamanında fatehlər yetirmiş bir xalqın, bu gün də öz vətəninin bütövlüyü naminə canından belə keçməyə hazır olan mərd oğulların diyardır. Əgər mənə geniş bir sərgi salonu versəydilər, mən orda zahirən naşı bir rəssamın əl işlərini xatırladan, əslində isə canıyla, qanıyla öz yurduna bağlı olan Babamız Şah Xətayinin bizə miras qoyub getdiyi Azərbaycanın bütöv şəklini çəkmək istərdim. O şəkildə XIX əsrdə ikiyə parçalanmış, tikanlı məftillərdən sipər çəkilmiş vətəni, eyni zamanda bir türk oğlu üçün bunu demək nə qədər acı olsa belə, 20 illik işğalını təəssüf hissiylə qeyd etdiyimiz Şuşnın, bir sözlə, yağı tapdağında olan Qarabağımın pərişan halını görmək istəməzdim.
Mənə bir sərgi salonu verin!
Nə geniş olsun dünya qədər,
Nə elə uzun olsun ki,ətəyində qala uzun kölgələr ...
Mənə bir sərgi salonu verin!
Bir insan şəkli asacağam
Bir yanında Nəsimi-dabanından soyulandan sonra
Bir yanında məşəl şəkli
Yanmış Azərbaycanlı qızı-tunc heykəli qoyulandan sonra
Bir yanda Cordano Brunonun külü,
Bir yanında Məmməd Həsən kişi-
Ömrü-günü yollara tökülü ...
Şəklin müəllifi zaman
Adı –insanlığın ömür yolu.
Epiqraf üçün kəlamına müraciət etdiyimiz Pablo Pikasso da öz dünyasına daldığı üçün fransız xalqının qınaqlarına rast gəldi. Sonralar isə Pikassonun əsərlərinin sərgiləndiyi salonun qapılarını yığın-yığın insanlar dağıdırdı.Onun əsərlərinə tamaşa etmək üçün
Sənin qəlbinin canlı parçası kimi
Ülfətin carçısı kimi,
Çəkdiyin ağ göyərçinin salonu
bütün dillərdə səsləndi.
İnanıram ki, öz dünyamın şəkillərin asacağım həmin sərgi salonunda ürəyimi riqqətə gətirəcək bir şəkil asılacaq ki, o şəkil hər bir Azərbaycan övladının yarasına məlhəm qoyacaq. M.Ə. Rəsulzadənin yadigarı olan üçrəngli bayrağımızın Şuşada dalğalanacağı bir şəkil olacaq o şəkil. O zaman bu naşı rəssamın sərgi salonunun qapıları da məhz Pablo Pikassonun sərgi salonunun qapıları kimi sındırılacaq. İnsan dənizi Qarabağın azad olduğu günün ilk tablosunu cızan şahid rəssamın əl işlərinə baxmaq üçün bu salona axışacaqlar.

Bu xəbər oxucular tərəfindən 1891 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |