12.03.2018 [11:01] - Sağlıq
Avropanın inkişafı ilə kartofun nə əlaqəsi var?
“Superfood” konsepsiyası XVIII əsrdə mövcud olsaydı, mütləq kartofa şamil olunacaqdı. Məhz kartof sayəsində avropalılar XVIII əsrin ortalarından XX əsrin ortalarına qədər yer üzərində hakim xalq idilər. Kartof sayəsində sənaye inqilabları baş verdi, əmək məhsuldarlığı artdı və texnoloji kəşflər edildi. Bütün bunların baş vermə səbəbi və nə üçün kartofun hələ də kasıbların və astronavtların yeganə ümidi olması haqda söz açacağıq.
Kartof irlandiyalıları necə xilas etdi ?
Kartof dünyada ən çox becərilən bitkidir, il ərzində dünyada 400 milyon tona yaxın kartof yığılır. Bu 12 milyard dollarlıq böyük bir bazardır.
1965-ci ildə kartof artıq ən çox becərilən bitki deyildi, düyü, buğda və qarğıdalı onu ötüb keçmişdi, lakin o ən effektli olaraq qalırdı, belə ki, 1 hektar ərazidə 50-80 ton kartof yetişdirmək mümkündür, bu isə taxıldan iki dəfə çoxdur. Nəzərə çarpmayan bu tərəvəz Avropada təxminən 400 il əvvəl ortaya çıxdı və tarixçilərin fikrincə, Qərb dünyasının həyatını tamamilə dəyişdi.
XVII əsrin əvvəllərində Avropa daim aclıqdan əziyyət çəkirdi. Kasıbları qida ilə təmin etməyə imkan yox idi, genetik mühəndisliyi və seleksiya haqqında dərin biliklər olmadan taxıl xırda və həssas olurdu. Məsələn, Fransa yalnız bütün sahələri əkdikdə və hava şəraiti müsbət olduqda, əhalini təmin edə bilirdi. Fermerlərin təcrübələr aparmağa, yeni sortlar yetişdirməyə, digər məhsulları əkməyə imkanları yox idi. Nəticədə, 300 il ərzində, 1500-ci ildən 1800-ci ilədək, ölkədə yüzlərlə yerli və 40-a yaxın qlobal aclıq epidemiyası yaşanmışdı. Lakin Napoleon müharibələrindən sonra Fransa, demək olar ki, kütləvi aclığı unutdu, bu ərəfədə qidanın əsasını kartof təşkil edirdi.
İqtisadi nəzəriyyənin nümayəndəsi Adam Smit yazırdı ki, kartof ən əhəmiyyətli təsirini İrlandiyada əhalinin artımına göstərmişdir. Cəmi 60 il ərzində, 1780-1841-ci illərdə irlandiyalıların sayı 2 dəfə artaraq 8 milyona çatmışdır, halbuki, bu illər ərzində İrlandiya sənaye və kənd təsərrüfatının inkişafında heç bir əhəmiyyətli irəliləyiş əldə etməmişdi. Bu illər ərzində dəyişən yalnız pəhriz idi. Kartof kasıblar arasında yayılmışdı və sağlam qidalanmanın əsası olmuşdu. Lakin 1840-cı illərdə ölkənin tarixində ən böyük aclığa səbəb olan da məhz bu oldu. O vaxtadək irlandiyalıların təxminən 35% -i yalnız kartof və süd ilə qidalanırdılar, bunlar isə insanı lazım olan bütün sağlam qidalanma elementləri ilə təmin edir. Bitkilərin əksəriyyəti fitoftoroz xəstəliyinə məruz qalaraq yararsız hala düşdükdə irlandiyalılar qidasız qaldı.
Kartof müharibələrə necə son qoydu?
Kartof artıq bir dəfə İnk İmperiyasını yüksəltmişdi. And dağlarındakı kəndlərin sakinləri 4000 il bundan əvvəl yabanı bitkini becərməyə başladılar, kartof digər bitkilərdən fərqli olaraq, sərt iqlimi yaxşı keçirirdi və yaxşı saxlanılırdı. Təəssüf ki, inklər XVI əsrin əvvəllərində Cənubi Amerikaya gələn və hindilərin torpaqlarını fəth edən ispanlara qarşı çıxa bilmədilər. Konkistadorları gümüş yataqları maraqlandırırdı, mədəndə metal çıxaran qulları isə kartof ilə qidalandırırdılar.
Qullar çox çalışıb özlərini pis hiss etmədikləri üçün sahibləri kartofu enerji mənbəyi, o cümlədən cinsi enerji mənbəyi hesab etməyə başladılar. Bu bitkini Avropaya ilk dəfə afrodizyak kimi gətirdilər və kartof yalnız onilliklər sonra kəndli və yoxsulların masasına gəlib çıxdı. Onlar isə tez bir zamanda kartofun əsl dəyərinin nə olduğunu başa düşdülər – adi bir bitkidən çoxlu dadlı və doyumlu kartoflar əldə etmək olar. Kartof əkilmiş cəmi bir hektar sahə və bir inək bir ailəni il ərzində qidalandıra bilər. Prussiyanın kralı II Fridrix kartofu dövlət səviyyəsində dəstəkləyən ilk Avropa hökmdarı oldu. O, kartof əkilməsi üçün əkin materialını pulsuz olaraq kasıblara paylamaq əmri vermişdi.
Kartof tez bir zamanda yalnız əkinçilərin deyil, həmçinin əsgərlərin əsas qida mənbəyi oldu. Ordu daha yaxşı qidalanmağa, ən təəccüblüsü isə odur ki, daha az müharibələr etməyə başladı. Kolorado Universitetinin iqtisadçısı Murat İyigün, Harvard Universitetindən Nathan Nunn və Şimal-Qərb Universitetinin Kelloq İdarəetmə (Menecment) məktəbinin iqtisadçısı Nancy Kyan öz tədqiqatlarında bunu sübut edirlər. Çünki torpaq çatışmazlığı artıq o qədər böyük problem deyildi – əvvəllər ölkələrə taxıl yetişdirmək və vətəndaşlarını qida ilə təmin etmək üçün yeni ərazilər lazım idi. Kartofun meydana çıxması və yayılması ilə kənd təsərrüfatı daha məhsuldar olmağa başladı.
Beləliklə, kəndlilər daha yaxşı qidalanmağa başladı, ailələri genişləndi və Avropanın əhalisi əhəmiyyətli dərəcədə – 1700-ci ildə 126 milyondan 1900-cü ildə 300 milyona qədər artdı. İnsanların sayı tarlalarda işləmək üçün tələb olunandan çox oldu və kəndlilər şəhərlərə köçməyə başladılar. İqtisadçılar Nunn və Kyan hesab edirlər ki, urbanizasiya və daha sonra sənaye inqilabı əsasən kartof sayəsində baş verdi. Çikaqo Universitetinin professoru, tarixçi William McNeill əminliklə bildirir ki, “Göründüyü kimi, kartof olmadan Almaniya XIX əsrin ikinci yarısında aparıcı hərbi və sənaye qüvvəsinə çevrilməyəcəkdi, Rusiya isə Almaniya üçün təhlükə yaradacaq gücə sahib ola bilməyəcəkdi”.
Avropalılar o qədər çoxaldılar ki, bütün dünyaya yayılmağa başladılar. Yüz ilə, 1820-ci ildən 1930-cu ilə qədər 50 milyon avropalı yeni torpaqlara köçdü. Alfred Krosby “Ekoloji İmperializm” kitabında yazır ki, bu köç dalğası ən böyük olub və indiyə qədər də olmaqdadır, nə əvvəl, nə də sonra bu sayda insan daha yaxşı həyat axtarışında okeanları aşmamışdı. Belə çıxır ki, adi kartof sayəsində avropalılar dünyanın 30 milyon kvadrat kilometr ərazisini – yer kürəsinin 36% -ni tutublar.
Kartof indi kimi xilas edir?
Bu gün dünyanın yüzdən çox ölkəsində kartof yetişdirilir. Avropa, ABŞ və Rusiyada bir adam orta hesabla ildə 80 kq-dan 105 kq-a qədər kartof yeyir. Ən çox kartof – 96 milyon ton – Çində yığılır və bu ölkənin kəskin şəkildə doyumlu və ucuz qidaya ehtiyacı olduğu üçün 2020-ci ilə qədər bu rəqəmi iki dəfə artırmaq niyyətindədir. Bir kiloqram kartof yetişdirmək üçün bir kiloqram düyüyə nisbətən 30% daha az suya ehtiyac var, tərəvəz taxıldan daha qidalıdır və daha kiçik sahədə yetişir. Buna baxmayaraq, çinlilər düyüyə üstünlük verirlər, adət belədir, yetişdirilən kartofun yarısı isə ixrac olunur.
Kartofu təşviq etmək üçün hökumət kartof tərkibli yeməkləri olan restoranlar və kafelər açan sahibkarlara kömək edir, yarmarkalar təşkil edir, qiymətləri azaldır. Çində kartofun özünü Kartof bacı adlandıran orta yaşlı bir xanım səfiri var. O, kartofun necə dadlı və faydalı olduğu barədə mahnılar oxuyur, ölkə turuna çıxır, müxtəlif tədbirlərdə və televiziya verilişlərində çıxış edir, həmçinin toxumlarını satır.
XXI əsrdə kartof həm inkişaf etməkdə olan ölkələrə əhalini qidalandırmağa kömək edə bilər, həmçinin çox güman ki, bəşəriyyət Marsa bir çuval karof ilə uçacaq, NASA 2015-ci ildən “Marsda kartof” layihəsi üzərində işləyir və bir il əvvəl Mars şəraitinə ən yaxın şəraitdə uğurla kartof yetişdirib. Agentlik 2033-cü ildə planetə uçmağa və orada insanlardan ibarət koloniyaların yaradılması imkanını araşdırmağa ümid edir. Bəs onlar nə ilə qidalanacaq? Əsrlər boyu avropalıların, onlardan əvvəl isə Cənubi Amerikanın yerli sakinlərinin qidalandıqları ilə

Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |