13.03.2018 [10:30] - Xəbərlər, DAVAMın yazıları
Nərimanovun dövlətçilik fəaliyyətində Azərbaycan xalqının milli-mədəni inkişafı, İslam dini problemləri, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və zənginləşdirilməsi xüsusi yer tutmuşdur. Azərbaycan xalqının dini, dili və milli adət-ənənələri Nərimanov üçün müqəddəs amillər olmuşdur. Sinfi mübarizə kəskinləşən zaman Nərimanov çıxışlarının birində xüsusi qeyd edirdi ki, hökumət indiyə qədər yazılan əsərlərdə yalnız əqidə cəhətini nəzərə alırdısa, bundan sonra əxlaq tərəfini də nəzərə alacaqdır. Aparılan araşdırma onun bu sahədə gərgin fəaliyyətinin müxtəlif cəhətlərini üzə çıxarmağa imkan verir.
Azərbaycan xalqının milli-mədəni inkişafında N.Nərimanov müstəsna rol oynamışdır. O, ətrafdakıların etirazına, anlaşılmazlığına baxmayaraq Mirzə Ələkbər Sabirə heykəl qoydurmuşdur. Abidənin açılışında çıxış edərək vurğulamışdır ki, indiki və gələcək türk şairləri Sabir yaradıcılığından ruhlanmalıdırlar. Universitet müəllimlərini və aparıcı elmi işçiləri, teatr işçilərini və İranlı tələbələri hərbi çağırışdan azad etmişdir. Bakıda “Şərq xalqları” jurnalının nəşri barədə qərar qəbul etmiş, müəllimlərin və qadınların qurultaylarını keçirərək orada çıxış etmişdir. Bütün teatr kollektivlərini və məktəbləri hökumət himayəsi altına almış, universitetin əməkdaşlarının maaşını qaldırmış, tələbə qəbulunun sayını artırmışdır. “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”ni yaratmaqla Elmlər Akademiyasının təməlini qoymuşdur. Bu cəmiyyətə o zaman SSRİ-nin görkəmli alimləri cəlb olunmuşdular.
N.Nərimanovun şəxsi təşəbbüsü ilə Azərbaycan Dövlət Muzeyi, Dövlət Teatrı və Tənqid-təbliğ teatrı təşkil olunmuşdur. Dövlət simfonik və xalq çalğı alətləri orkestrləri yaranmış, Tağıyev teatrının, Nuxa (Şəki) və Şuşa xan saraylarının təmirinə başlanılmışdır. Baki Ali Pedaqoji İnstitutunun banisi və hamisi olmuşdur. Politexnik texnikumunu, Ali Musiqi Akademiyasını təşkil etmiş və musiqi alətlərinin milliləşdirilməsi barədə dekret qəbul etmişdir. Müsəlman fəhlələri üçün türk dram truppasının yaradılmasına və truppanın fəaliyyətinə nail olmuşdur.
N.Nərimanovun milli-mədəni inkişafımıza göstərdiyi qayğı SSRİ alimləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 1925-ci ildə “İskusstvo trudyaşixsya” jurnalında Nərimanovun ölümü ilə əlaqədar Sergey Qarodetski adlı bir şəxs yazırdı: “Sovet Azərbaycanında bədii təbliğat və keçmişin mədəni abidələrini mühafizə etmək sahəsində işimlə əlaqədar olaraq mən tez-tez Nərimanovla görüşməli olurdum... Azərbaycanda sovet hakimiyyətinin çətin dövrlərində onun Bakıda müsəlman sənət abidəsi olan Xan sarayının mühafizəsi işinə nə qədər diqqət yetirməsi, ona təşkilati yardım göstərməsi, bizim Bakı təbliğ-tənqid teatrımızla necə yaxından maraqlanması yadımdadır...”. N.Nərimanov Novruz bayramının ümumxalq bayramı şəklində qeyd olunması haqqında qərar qəbul etmişdir.
1920-ci il mayın 15-də Xalq Maarif Komissarlığı bütün qəza komitələrinin nəzdində maarif şöbələrinin təşkili haqqında 2 nömrəli dekret qəbul etmişdir. Bundan sonra məktəblərin təşkilində, onların tikintisində, dərslik və başqa dərs vəsaitləri ilə təchiz olunmalarında, müəllimlərin toplanması və hazırlanmasında silsilə tədbirlər görülmüşdür. Azərbaycan dilli mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Bir-birinin ardınca ali və orta ixtisas məktəbləri yaradılmışdır. Bakı Dövlət Universitetinin 1920-ci il aprel çevrilişi ərəfəsində iki fakültəsi (tibb və tarix-filologiya fakültələri) var idi. N.Nərimanovun səyləri nəticəsində universitetdə 1921-ci ildə fizika-riyaziyyat fakültəsi, 1923-ci ildə ictimai elmlər fakültəsi, 1924-cü ildə isə pedaqoji fakültə təşkil olunmuşdur. 1920-ci ildə Politexnik institutu, 1922-ci ildə Teatr məktəbi yaradılmışdır. Azərbaycanlı tələbələr Rusiyanın bir çox universitetlərinə oxumağa göndərilmişlər. Avropada oxuyanlara xüsusi qayğı göstərilmişdir. N.Nərimanov həmin gənclərə daim diqqət göstərmişdir.
N.Nərimanovun milli-mədəni inkişafa xüsusi qayğı göstərməsini Azərbaycan İnqilab Komitəsinin dekretləri də təsdiq edir. Azərbaycanın incəsənət abidələrinin qorunması, universitet müəllimlərinin və tələbələrinin sosial təminatı, Azərbaycan dilinin məktəblərdə tədrisi, Azərbaycan dilində dərsliklərin yazılması, universitetə qəbul olunacaq tələbələrin sayının təxminən iki-üç dəfə artırılmas, ümumi məcburi ibtidai təhsil və texniki peşə təhsili və s. haqqında dekretlər qəbul olunmuşdur.
1920-ci ilin ilk tədris ili başlayarkən artıq Azərbaycanda 79,4 min şagird təhsil almağa başladı. 965 ümumtəhsil məktəbi açıldı. 107 klub və 61 kitabxana mövcud idi. Bakı Universitetinə 1430 nəfərin qəbuluna dair qərar verildi. Onlardan 500 nəfəri tibb fakültəsinə qəbul edilməli idi. 1923-cü ildə Azərbaycanda ən azı 951 məktəb açıldı və bu məktəblərə 80 minə yaxın şagird cəlb olundu. Onlardan 40 mini milliyyətcə azərbaycanlı idi.
N.Nərimanovun təşəbbüsü ilə Azərbaycan təhsilinin inkişafı üçün və ali məktəblərdə milliyyətcə azərbaycanlı müəllimlər çatışmadığı üçün, Azərbaycan ali məktəblərində dərs deməyə və tədqiqat işləri aparmağa başqa nüfuzlu ali məktəblərin ən görkəmli müəllimləri və elm adamları dəvət olunmuşlar. Azərbaycanda çalışan professor P.K.Juze Azərbaycanda tədrisin və elmin inkişafı üçün görkəmli professorları, alimləri dəvət etmək məqsədilə Xalq Maarif Komissarlığı tərəfindən Moskva, Petroqrad, Simbirsk şəhərlərinə xüsusi ezam olunmuşdur. Həmin illərdə Azərbaycana gələrək fəaliyyət göstərənlərdən tarixçi L.A.İşkov, kimyaçı P.İ.Kuznesov, geoloq P.P.Pyatniski, hidravlika sahəsində İ.Q.Esman, mühəndislik sahəsində K.V.Pokrovskiy, həkim İ.İ.Şirokoqorov, şərqşünas A.N.Samoyloviç, türkoloq N.İ.Aşmarin, şərqşünas V.V.Bartold, dilçi N.N.Marr, tarixçi A.S.Qubaydulin, fizik E.B.Lopuxin, şərqşünas P.K.Juze, şərqşünas A.O.Makovelskiy, filosof A.D.Qulyayev, həkim N.Q.Uşinskiy, geoloq İ.M.Qubkin, kristaloqraf-mineraloq S.M.Romanov, elektrotexnik Z.B.Glyaşeviç, tarixçi L.İ.Baybakov, sənətşünas V.M.Zummer, tarixçi akademik Meşşaninov, E.A.Paxomov, türkoloq alimlər Bəkir Çobanzadə, Miller, A.R.Zifeldt, R.O.Şor və başqalarının adlarını çəkmək olar. Konservatoriyaya gələrək çalışanlardan isə Presman, Borisenko, Kozolupov, Konyus, Berlin, Samuelsoqn, Barabeyçik, Tarnovskiy və başqalarını göstərmək olar. N.Nərimanovun qayğısı sahəsində Azərbaycan kitabxanaları dünyanın ən dəyərli əsərləri ilə zənginləşdirilmişdir.
1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda N.Nərimanovun təklifi ilə məsələ müzakirə olunmuşdur. O, Feliks Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük bir hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafına xərclənməsi məsələsini qoymuşdur. N.Nərimanov buna nail olmuş və öz tövsiyələrini Xalq Komissarları Sovetinin sədri Q.Musabəyova yazmışdır.
N.Nərimanovun fəal iştirakı ilə Bakıda misilsiz bir tədbir - Şərq xalqlarının birinci qurultayı keçirilmişdir. O, qurultayda Təbliğat və Fəaliyyət Şurasına rəhbər seçilməyə namizəd olmuşdur. Amma Orconikidzenin təklifi ilə N.Nərimanov bu işdən uzaqlaşdırılmışdır.
1920-ci ilin sentyabrında Azərbaycan maarif və mədəniyyət işçilərinin ilk qurultayı keçirildi. Bu qurultayın sənədləri ilə tanış olarkən N.Nərimanovun və onun hökumətinin gördüyü əzəmətli işin əhəmiyyəti bir daha aydın olur.
1921-ci il mayın 6-9-da I Ümumazərbaycan sovetlər qurultayında N.Nərimanov hökumətin fəaliyyəti haqqında, D.Bünyadzadə isə maarif sahəsində hesabat vermişlər. Hesabatlar, N.Nərimanov başda olmaqla, hökumətin Azərbaycanda mədəniyyətin inkişafında xüsusi rol oynadığını sübut edir.
N.Nərimanovun SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsində gördüyü işlərin hamısını sadalamaq və təhlil etmək mümkün olmasa da, bir neçəsini qeyd etmək lazımdır. O.Y.Şmidtin redaktorluğu ilə nəşr olunan “Böyük sovet ensiklopediyası”nın yaradılması haqqında qərarı N.Nərimanov vermişdir. N.Nərimanovun təşəbbüsü ilə SSRİ MİK-in müzakirəsinə Azərbaycan Politexnik İnstitutunun vəziyyəti haqqında məsələ çıxarılmış və Rusiyanın maarif ocaqlarının hesabına instituta yardım edilməsi qərara alınmışdır. N.Nərimanov Azərbaycanın tarixi yerlərinin bərpası və qorunmasına xüsusi diqqət yetirmişdir. Azərbaycandan edilən müraciətə əsasən N.Nərimanovun imzası ilə 1924-cü ilin mayında Anneno şəhərinin adı dəyişdirilərək Şamxor qoyulmuşdur. N.Nərimanov RSFSR Səhiyyə Komissarı N.Semaşkoya və Rusiyanın Qırmızı Xaç cəmiyyətinin sədri Z.Solovyevə müraciət edərək Azərbaycana dava-dərman göndərilməsini xahiş etmişdir.
1925-ci ildə N.Nərimanovun ölümü ilə əlaqədar onun xatirəsinə həsr edilmiş məqalədə M.Quliyev N.Nərimanovu “Azərbaycan maarifinin ən parlaq ilhamçısı” və “ilk və əsl xalq müəllimi” adlandırmışdır.
Beləliklə, N.Nərimanov Azərbaycan xalqının milli mədəni inkişafına milli dövlətçiliyin tərkib hissəsi kimi baxmış, ona xüsusi diqqət yetirmiş, milli ziyalılara və təhsilə önəm vermişdir. Onun fəaliyyəti Azərbaycan xalqının mədəniyyətinin inkişafına təkan vermişdir.
N.Nərimanovun dövlətçilik siyasətində milli ziyalı amili xüsusi yer tutmuşdur. N.Nərimanov hökumət başçısı olarkən xalqımızın görkəmli ziyalıları onunla əməkdaşlıq edirdi. N.Nərimanov, sovet hakimiyyətinin Gəncə üsyanını qəddarlıqla yatırmasına baxmayaraq, S.Mehmandarovu və Ə.Şıxlinskini ölümdən qurtarmış, onların sovet hakimiyyəti ilə əməkdaşlığına zəmanət vermiş, F.Köçərlinin faciəli ölümündən xəbərsiz olduğundan çox heyfsilənmiş, onun əlyazmasının qorunmasına göstəriş vermişdir. N.Nərimanov Hacı Zeynalabdin Tağıyevi gözlənilən qətl və təhqirlərdən xilas etmişdir.
N.Nərimanov AXC-nin orqanı olan “Azərbaycan” qəzetinin redaktoru olmuş Üzeyir Hacıbəyovu öldürüləcək adamların siyahısından çıxarmış və onun öz fəaliyyətini davam etdirməsi üçün lazım olan bütün şəraiti yaratmışdır. 1920-ci il aprel hadisələrindən sonra mədəniyyətdə yenilik baş vermişdir. Həmin il mayın 3-də hökumət teatrında Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettası oynanılmışdır. 1920-ci il iyunun 10-da Saşa Oqanezaşvili (milliyyətcə ermənidir, əsl familiyası Oqanesyandır - H.H.) “Əxbar” qəzetində məqalə ilə çıxış edərək Ü.Hacıbəyovun və M.Maqomayevin məlumatlı musiqişünas bəstəkar olduqlarını inkar etmişdir. Həmin qəzetin 24 iyun tarixli nömrəsində Zülfüqar və Üzeyir Hacıbəyovları, Müslüm Maqomayevi “Azərbaycan musiqisinin inkişafına çalışmamaqda” ittiham etmişdir. Bu ittiham heç də Azərbaycan hökumətinin Üzeyir Hacıbəyova olan müsbət münasibətinə təsir etməmişdir. 1920-ci il iyulun 9-da Azərbaycan SSR Xalq Maarif Komissarlığının kollegiyası Üzeyir Hacıbəyovu incəsənətə yardım şöbəsi yanında musiqi bölməsinin müdiri təyin etmişdir. Bu hadisədən sonra Azərbaycanda musiqinin inkişafı və təşkili (həmçinin 1921-ci ildə Üzeyir Hacıbəyovun məruzəsi əsasında konservatoriya haqqında qərar qəbul olunmuşdur), dərsliklərin yazılması, yeniləşməkdə olan Azərbaycan musiqisinin Şərq, yaxud Qərb yolu ilə, yaxud da bu iki yolun sintezi ilə getməsinin bütün təşəbbüsü Üzeyir Hacıbəyova keçmişdir. N.Nərimanov hələ 1916-cı ildə gənc Üzeyir Hacıbəyovun istedadına və yaradıcılığına yüksək qiymət vermişdi. “Yeni iqbal” qəzetinin 1916-cı il 16 mart tarixli 257-ci nömrəsində N.Nərimanov yazırdı: “Üzeyir bəy oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbət hal-hazırda Üzeyir bəyin əsərləri böyük yol açır. Bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən istəyirik”. Məhz 20-ci ildən sonra Ü.Hacıbəyov Azərbaycan musiqisinin inkişaf yollarını elmi araşdırmağa başlamışdır. Bu araşdırmanın mahiyyəti o idi ki, Azərbaycan musiqisi özünə qapanmalıdır, yoxsa Qərb musiqisi ilə zənginləşməlidir? Ü.Hacıbəyov belə qənaətə gəlmişdir ki, Azərbaycan musiqisinə “Ümumavropa musiqi nəzəriyyəsi tətbiq olunsun”. 1945-ci ildə onun “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası nəşr olundu və bununla Azərbaycan musiqisinin inkişaf yollarının elmi əsasları qoyuldu.
N.Nərimanov məşhur din xadimi Molla Məhəmməd Axund Pişnamazzadəni həbsdən azad etmişdir. A.F.Pişnamazzadənin nəticəsi Leyla Əliyevanın müəllifə təqdim etdiyi sənəd “İttiham işi, № 163” adlanır. Bu sənədə əsasən XI Qırmızı ordunun hərbi-inqilabi tribunalı üç nəfərdən ibarət idi: milliyyətcə rus olan Volkov Dmitri, Kovalyov Boris və milliyyətcə erməni olan Petrosov Sergey. Həmin “İttiham”a əsasən həbs olunanların arasında 3 nəfər İslam din xadimi var idi: Axund Fərəculla Pişnamazzadə, Nurməmməd Əfəndi İmamzadə, Molla Əhməd Hacı Nəbi oğlu. Bunların üçü də bəraət qazanmışlar. A.F.Pişnamazzadənin qızı Məğbulə Pişnamazzadənin söylədiyindən məlum olur ki, onların bəraət alması xahişi ilə A.F.Pişnamazzadə öz bacısı oğlu Əlinin vasitəsilə N.Nərimanova məktub göndərmişdir. O, məktubu corabın içində gizlədərək Bakıya N.Nərimanovun yanına gəlmişdir. Məktubda Pişnamazzadə etiraf edir ki, o, həqiqətən də İslam dininin təbliği ilə məşğul olmuşdur və bunu günah bilmədiyindən özünün azad olunmağını xahiş edir. N.Nərimanov dərhal D.Volkova məktub yazaraq Pişnamazzadənin azad olunması məsələsini qoymuş və buna nail olmuşdur. Qeyd etmək lazımdır ki, həmin “İttiham”a görə qaçqınlara işgəncə verdiyinə və onların əmlakını mənimsədiklərinə görə iki erməni də cəza almışdı. Onlardan Ambarsum Simonyans 5 il müddətinə, Arşak Navasartyans isə 15 il müddətinə həbs olunmuşdu (352, iyun 1990). Bəzi mənbələrdə N.Nərimanovla A.F.Pişnamazzadənin görüşü haqda da məlumatlar vardır.
N.Nərimanov Əziz Şərifi həbsdən azad etdirmişdir. Əziz Şərif Gürcüstan Sosial-Demokrat (menşeviklər) Partiyası Mərkəzi Komitəsinin üzvü kimi Əliheydər Qarayevin göstərişi ilə həbs edilərək Bakıya gətirilmişdi. Məsələ haqqında N.Nərimanova məruzə edilmiş və onun göstərişi ilə Əziz Şərif azad edilmişdir. Xatirələrində Ə.Şərif inqilabi fəaliyyətdən yaxşı tanıdığı Ə.Qarayevə və M.Hüseynova mənfi xasiyyətnamə verir. Sonralar Əziz Şərif SSRİ-nin görkəmli alimi rütbəsinə qalxır, filologiya elmləri doktoru, professor olaraq ölkənin ən nüfuzlu ali məktəbi olan Moskva Dövlət Universitetində uzun illər çalışır. Onun arxivində N.Nərimanov haqqında yazdığı “Doktor Nərimanov” adlı xatirələri saxlanılır. Xatirələrində onun N.Nərimanova böyük hörmət və məhəbbəti hiss olunur. O, N.Nərimanovu “böyük, çox böyük bir sima” adlandırır. Bu xatirələrdə Mirzə İbrahimovun öz çıxışlarının birində N.Nərimanov haqqında dediyi fikir də verilir: “Nərimanovun sözü hər hansı bir məclisin idrakına yol tapırdı. O, hər kəsi faktlarla, məntiqlə inandırırdı”.
Davamı var...
P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.

Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |