Şrift:
İranda daşqalaq edilməklə ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyani, həbs cəzasıyla xilas ola bilər
27.06.2012 [12:12] - Güney Azərbaycan xəbərləri
2006-cı ildən bəri həbsxanada olan Aştiyani barədə açıqlama verən vəkil Məhəmməd Mustafa bildirib ki, məndə olan məlumata görə, daşqalaq cəzası gündəmdən düşüb. Bundan əlavə cəzasını tamamlamadan şərti azadlığa da buraxıla bilər. Əgər ümidlərim həqiqətə çevrilsə Aştiyani, 10 il həbs cəzası çəkib 2016-cı ildə sərbəst qalacaq.
43 yaşlı Səkinə Aştiyani 2006-cı ilin may ayında həyat yoldaşının ölümündən sonra iki kişi ilə qeyri-qanuni əlaqələri olmaqda ittiham edilmişdi. Həmin il sonradan o, xəyanətdə ittiham edilərək, daşqalaq edilməklə ölüm cəzası almışdı.Cəza hələ də qüvvədədir.
Aştiyani, bir başqa kişilə əlaqəyə necə girdiyini və bu kişinin ərini öldürməsinə necə kömək etdiyini etiraf etmişdi.
Bu xəbər oxucular tərəfindən 1440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed