Şrift:
Ərdoğan ''Zeytun budağı''nın əsl SİRRİNİ açdı: ''Tillersona dedim, amma...'
15.03.2018 [10:21] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsindəki terrorçulara qarşı birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatında 54 gün geridə qalıb.

TSQ və ASO şəhərin göründüyü təpələrdə hərbi bazalar qurub.

Şəhərin mühasirəsi getdikcə daralmaqdadır. Mühasirədəki bütün zirehli tankların və silahların üzü Afrinə tərəf yerləşdirilib. Afrin və ətrafındakı ərazilərdə yaşayan dinc sakinlərin təhlükəsiz şəkildə şəhəri tərk etməsi prosesi davam edir.

Bir gündə 8 kənd – Göz, Yuxarı Kaferdel, Marrata, Şadir, Çolağan ve Quran Kori Qul, Şatiyan və iki strateji nöqtə - 684 və 717 rəqəmli təpələr PKK/PYD terrorçularından təmizlənib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tibb bayramı münasibətilə etdiyi çıxışda Afrindəki son vəziyyət haqqında məlumat verib. Prezident zərərsizləşdirilən terrorçu sayının 3486 olduğunu qeyd edib.

“Bizim dərdimiz işğal deyil. Bizim dərdimiz terror koridorunu şərqindən qərbinə qədər terrorçulardan təmizləməkdir. Bizim bu bölgə ilə sərhədimiz var. Amerikanın varmı? Rusiya rejimlə birgə hərəkət edir. Koalisiya qüvvələri kiminlə hərəkət edir? Tillersona (ABŞ-ın keşmiş xarici işlər naziri – red.) özəlliklə məlumat verdim. Bu silahları buraya niyə gətirirsiniz? dedim. Heç bir səs yoxdur” – Ərdoğan bildirib.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed