Şrift:
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümü Brüsseldə qeyd edilmişdir
27.06.2012 [12:26] - Diaspor
Silahlı Qüvvələrimizin yaranmasının 94-cü ildönümünü münasibətilə Azərbaycanın NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi, ölkəmizin Belçikadakı səfirliyi ilə birlikdə Brüsseldə rəsmi qəbul təşkil etmişdir.

Azərbaycanın NATO yanında Nümayəndəliyinin məlumatına görə, tədbirdə Belçika Krallığında, NATO-da və Avropa İttifaqında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, təşkilatın Hərbi Komitəsinə akkreditə olunmuş təmsilçilər, NATO-nun bir sıra digər komitələrinin üzvləri, qurumun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri və diasporumuzun üzvləri iştirak etmişdir.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin NATO yanında Nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim və hərbi nümayəndə, general-mayor Hüseyn Mahmudov qonaqlara Silahlı Qüvvələrimizin yaranması və inkişafı tarixi, hərbçilərimizin beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirakı barədə məlumat vermişlər. Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında Azərbaycanın inamlı tərəfdaş olması xüsusilə qeyd edilmişdir.
Qəbulda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmiş, ölkəmiz və Silahlı Qüvvələrimiz haqqında video materiallar nümayiş etdirilmiş, Azərbaycan mətbəxinin nümunələri təqdim olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 1167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed