27.06.2012 [14:48] - Gənclik
Bakıda Gənclər və İdman Nazirliyinın təşəbbüsü ilə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalının rəsmi açılış mərasimi keçirilib.
25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak etdiyi konqresdə panel müzakirələri aparılıb.
Konqresdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
“Gənclər ölkənin ictimai-siyasi həyatında çox fəal rol oynamaqla yanaşı, aparıcı qüvvəyə çevriliblər. Onların potensialından istifadə olunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi dövlətin prioritet məsələlərindəndir”.
Gənclər və idman naziri Azad Rəhimov vurğulayıb ki, cəmiyyətimiz sülhün qurulmasına, yeni mədəniyyətlərlə tanışlığa açıqdır.
“Digər mədəniyyətlərlə tanışlıq bizim üçün xüsusi dəyər daşıyır. İnformasiya texnologiyaları burada mühüm rol oynayır. Ümid edirəm ki, bu platforma daimi olacaq”.
Millət vəkili Fuad Muradov konqresin əhəmiyyətindən danışıb.
“Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasında böyük addımlar atır. Buna 2010-cu ildə Azərbaycanda keçirilən Böyük İpək Yolu Gənclər Festivalını misal gətirmək olar. Ölkəmizdə bir çox gənclər təşkilatları öz fəaliyyətlərini məhz bu istiqamətdə davam etdirir”.
Türkiyənin gənclər və idman nazirliyinin idarə rəisinin müavini Serkan Canbulut qeyd edib ki, Böyük İpək Yolu nəinki ticarət, mədəni, qonaqpərvərlik baxımından bir marşrut rolu oynayıb.
Macarıstanın Milli Ehtiyatlar Nazirliyinin Sosial Təminat, Ailə və Gənclər üzrə Dövlət katibi Miklos Soltesz konqresin gələcək əməkdaşlığı möhkəmləndirəcəyini bildirib.
Pakistanın nümayəndəsi Mühərrəm Bilal Böyük İpək Yolunun ölkələr arasında əlaqənin inkişafında, qloballaşmada böyük rol oynadığını vurğulayıb.
Qeyd edək ki, konqresin kecirilməsində əsas məqsəd tarixi “Böyük İpək Yolu” üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıcıyılarının bir-birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhvə verilməsidir.
Eyni zamanda, gənclərlə qarşılıqlı anlaşmanı inkişaf etdirmək, bu sahədə gənclərin fəaliyyətlərini dəstəkləmək məqsədilə yeni beynəlxalq gənclər platforması olan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi də konqresin əsas istiqamətlərindən biridir.
Nərmin Əhmədli

Bu xəbər oxucular tərəfindən 1585 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |