Şrift:
Fərəc Quliyev Milli Məclisin 16.03.2018-ci il tarixli iclasında çıxış etdi
16.03.2018 [16:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin bugünkü -16.03.2018 –ci il tarixli iclasında MDHP sədri, millət vəkili Fərəc Quliyevin 2017-ci ildə hökumətin fəaliyyəti ilə bağlı müzakirələrdə etdiyi çıxış

Hörmətli sədr, Baş nazir, hökumət üzvləri və kolleqalar! Əvvəla sizin hamınızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Sənədlərlə tanış olanda və müşahidələrimiz onu göstərirki hökumətin fəaliyyətində irəliləyişlərin olması danılmazdır.Ərzaq təhlükəsizliyi ilə bağlı yaradılan qurumlar və kənd təsərrüfatının inkişaf təqdir olunan haldır.
Xüsusən Həmkarımız Cavid müəllimin rəhbərlik etdiyi sahənin uğurları bizi sevindirir.
Yeni vergilər nazirinin təyinatından sonra bu sahədə dürüstlük və islahatların sürətlənməsi istiqamətində atılan addımlar ürəkaçandır.
Amma mən bir neçə məsələyə aydınlıq gətirilməsini istəyirəm.
Atılan bəzi addımlar neft amilinin önə çəkiləcəyini göstərir.
2018-ci ilin büdcə proqnozlaşdırmalarında neft fondundan transfertlərin həcminin 50% -dən çox artırılması və dövlət büdcəsinin artımında neft gəlirlərinin payının 97% yer alması yenidən neft siyasətinə üstünlük vermək deyilmi?
ABŞ bu ildən neft hasilatını artıtacaq .Bu və başqa bu kimi amilləri də nəzərə alan məşhur araşdırma mərkəzləri tərəfindən neftin yenidən ucuzlaşacağı proqnozlaşdırılır.Yenidən neft amilini önə çəksək ,köhnə problemləri yenidən yaşayarıq.
Ona görə də Hökumət strateji yol xəritəsini həyata keçirməkdə davamlılıq nümayiş etdirməli,islahatlaradan çəkinməməlidir.
Prezidentin fərmanı ilə islahat və iqtisadi inkişaf üçün nəzəri-konseptual baza hazırlanıb.Etiraf olunmalıdır ki,icra edənlərin böyük əksəriyyəti İslahatlara başlamaq üçün nəzəri-konseptual baza hazırlığı ilə ayaqlaşa bilmir.
Çünki ,2017-ci ilin ilk dövründə müsbət artım müşahidə olunsa da sonrakı aylar iqtisadi enmə oldu.
Səlahiyyətli rəsmi orqanlar tərəfindən icra vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticəsində müəyyənləşib ki,ilin birinci yarısı strateji yol xəritəsində bu dövr üçün nəzərdə tutulanlar cəmi 27-29% icra olunub.
İki rəqəmli inflyasiyanın isə qarşısı alınmayb.
Hörmətli Hökumət üzvlərinin bir neçə məsələyə də aydınlıq gətirməsini istəyirəm.
-Problemli kreditlərlə bağlı 2017-ci ildə heç bir yeni addım atılmadı.Bu il bu istiqamətdə hansı işlər görüləcək?
-Beynəlxalq bank və s. yerlərdən oğurlanmış vəsait və avantutist layihələr üçün ayrılmış fantastik rəqəmlərlə ifadə olunan kreditlərlə bağlı işlər görülürmü ?bu vəsaitlər büdcəyə qaytarılırmı?Ümumiyyətlə bu işlər nə yerdədir.
-Özümüzdə istehsal olunan istehlak mallarının eyni adlıları kənardan ölkəyə gətirilir,yerli məhsul bölgələrdə sıradan çıxır.Vətəndaşlarımızın yerli məhsulla tarla-bazar -sufrə əlcatanlığını təmin etmək üçün,həm də yerli istehsalçıya stimul vermək üçün gömrukdə avtonom taariflərdən istifadə etməklə olmazmı?
-Cənab Baş nazir də bildirdi və bunu hamımız da bilirik ki,keçən il İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı irəliləyiş olmadı. Hökumətin İşğal olunmuş ərazilərin azad olunması ilə bağlı yeni bir fəaliyyət proqramı varmı?
Diqqətinizə görə təşəkkür edirəm.

Həmin çıxışın səs yazısını təqdim edirik:
Bu xəbər oxucular tərəfindən 5074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed