19.03.2018 [10:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Başqa yollara əl atmaq mümkündür”
Tural Abbaslı: “Bu, qətiyyən siyasət dili deyil və olmamalıdır”
Avropadakı bəzi müxalif azərbaycanlı mühacirlərin hər kəsdə hiddət doğuran davranışları səngimir.
Sığındıqları ölkələrdən Azərbaycan dövlətinin, ona rəhbərlik edən şəxslərin ünvanına hədyanlar, təhqirlər yağdıran mühacirlərin nədən qəfil belə bir xətt seçdikləri ilə bağlı müxtəlif fikirlər səslənir.
İş o yerə çatıb ki, bu cür təhqirlərə görə ölkə müxalifəti də hərəkətə gəlib. Partiya funksionerlərinin və sıravi üzvlərin yazdıqları statuslarda həmin mühacirlərin ünvanına sərt qınaqlar, tənqidlər var. Bu cür mübarizə yolunu heç bir ölkənin mühacirlərinin tutmadığı, əksinə dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, dövlətlərinin imicini daim qoruduqları qeyd edilir. Bu mühacirlərin belə mübarizə formasına üstünlük verməklə, Azərbaycan müxalifətinin də nüfuzuna ciddi zərbə vurduqları bildirilir. Bu cür kampaniyanın başladılmasında xaricdə Azərbaycan əleyhinə olan qüvvələrin, eləcə də, imkanlı, hökumətə müxalif azərbaycanlıların əllərinin ola biləcəyi iddiaları da var. Erməni lobbisinin də bu kampaniyada iştirakı istisna edilmir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev yaranan situasiyanın çox anormal olduğunu qeyd etdi: “İnsanlar bir-birini tənqid edə, siyasi mövqeyini qəbul etməyə bilərlər. Amma şahidi olduğumuz bu tövr təbii ki, qəbul olunan bir hal deyil. Hesab edirəm ki, bunlar eyni mərkəzdən idarə olunur, davranırlar. Belə “mübarizə” forması nəinki mən, heç kim tərəfindən qəbul oluna bilməz. Kimin nə deməyindən asılı olmayaraq, belə şəxslərin fəaliyyəti, əməlləri, sözləri hər bir kəsin sərt münasibətinə tuş gəlir. Kimsə müxalifətdə, yaxud hakimiyyətdə təmsil oluna bilər və buna uyğun da ona müxtəlif münasibətlər göstərilə bilər, amma əndazəni aşıb, təhqirə keçmək bizim mentalitetə uyğun deyil. Bu şəxslər özlərini olduqları yerdə təhlükəsiz hiss edə bilər, tutaq ki, bu belədir. Amma unutmaq olmaz ki, hər kəsin özünə nəzarəti olmalıdır. Hər kəs bilməlidir ki, dediyin təhqiri özünə qaytara bilərlər. Söyüşü qəbul etməyən şəxs başqasını söyməməlidir. Bu daha çox mənəvi məsələdir. Hansısa bir ölkədə olmağın heç nəyi dəyişmir. Burada oturub kənarda o şəxslər barədə ölçü götürmək mümkün deyil. Hakimiyyətin bu istəyi onsuz da yoxdur. İstək olarsa, başqa yollara əl atmaq mümkündür. Bu qədər də olmaz, insanlar dözür, heç nə demirlər, abırlarına qısınırlar. Biz hər şeydən əvvəl Azərbaycan türküyük, ailələrimiz var, siyasət də, hakimiyyət də gəldi gedərdi, belə münasibətlər sistemini tezliklə aradan qaldırmaq lazımdır”.
AĞ Partiya başqanı Tural Abbaslı hansı tərəfin dilə gətirməsindən asılı olmayaraq, hər cür təhqirin əleyhinədir: “Mən ümumiyyətlə siyasətdə istənilən növ təhqirlərin, vulqar ifadələrin əleyhinəyəm. Bu, qətiyyən siyasət dili deyil və siyasət dili də olmamalıdır. Onun heç bir fərqi yoxdur ki, bu ifadələrdən kimlər istifadə edir. İstər hakimiyyətin hər hansı bir millət vəkili, naziri və ya məmuru, istərsə də müxalifət nümayəndələri və ya hansısa mühacir. Təhqir ilk növbədə bizim milli-mənəvi dəyərlərimizə ziddir. Çünki biz xalq olaraq hər zaman qırmızı xətləri olan, bəlli çərçivələri və əndazələri aşmayan dəyərlər kompleksinə sahib olmuşuq və buna hər şəraitdə itaət etmişik. Odur ki, mən bu metoddan istifadə edən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsə səslənirəm ki, bu metoddan imtina etsin. Eyni zamanda da, hakimiyyəti belə təhqirlərə rəvac verəcək hal və hərəkətlərdən imtina etməsinə çağırıram. Hakimiyyət də unutmamalıdır ki, insanların qürur və şərəflərinə, heysiyyətlərinə toxunan istənilən hərəkətin qarşılığı belə olacaq. Çünki Azərbaycanda əlləri çatmadıqları həmin şəxslərə görə onların əzizlərinə, ailə üzvlərinə təzyiq ediləcəksə, repressiyalar olacaqsa, bu xoşagəlməz hal aradan qalxmayacaq. Bu məqamda elə hakimiyyət nümayəndəsi Siyavuş Novruzovun sözüylə desək, kişi kimi mübarizə aparanda insanın özüylə rəqabət və ya düşmənçilik edilər, ailəsi və yaxınları ilə yox. O ki, qaldı mühacirətdəkilərin hansısa dairələrin sifarişi ilə belə bir təhqir kampaniyası başlatdıqları sualına, məndə belə bir informasiya və ya sübut yoxdur. Odur ki, mən bunu iddia edə bilmərəm. Kimsənin haqqına girmək istəmirəm. Əgər belə bir nüans varsa belə, bunu biz müxalifət yox, dövlət orqanları araşdırmalı və faktlarla çıxış etməlidirlər. Əks təqdirdə, şayiə xarakterli informasiyalara inanmaq yanlış olar”.
Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |