27.06.2012 [15:57] - Diaspor
Xatirə markasında Şuşanın yarı uçulmuş Gövhər ağa məscidinin minarəsi və qala divarları öz əksini tapıb
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macar Poçtu qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi münasibəti ilə xatirə markası buraxıb. Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın dövlət rəmzlərinin – bayraq və gerbin də özünə yer aldığı xatirə markasında Şuşanın yarı uçulmuş Gövhər ağa məscidinin minarəsi və qala divarları öz əksini tapıb.
Markada Azərbaycan, macar və ingilis dillərində “Şuşa şəhərinin Ermənistan tərəfdən işğalının 20-ci ildönümü” sözləri yazılıb. Markanın içərisinə qoyulan bukletdə isə tarixi Azərbaycan şəhəri Şuşa haqqında hər üç dildə qısa məlumat və erməni vandalları tərəfindən tar-mar edilmiş şəhərin panoramı verilib. Xatirə markasında Azərbaycan milli ornamentlərindən və naxışlardan məharətlə istifadə olunub. Xatirə markası macar və digər Avropa ölkələrinin parlamentarilərinə, siyasi və ictimai xadimlərə, mətbuat nümayəndələrinə göndərilib. Markanın bir hissəsi filatelistlər arasında yayılacaq.

Bu xəbər oxucular tərəfindən 1555 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |