19.03.2018 [10:16] - DAVAMın yazıları
Enter.News fəaliyyətə başladığı gündən tarixi əhəmiyyətli yazıları, məktubları və bu qəbildən olan digər materialları hazırlayaraq yayımlayıb. Hər həftənin sonlarında Azərbaycanın Milli Qəhrəmanları haqqında olan yazıları oxuculara təqdim edirik. Milli Qəhrəmanların keçdiyi döyüş yolundan bəhs edən bu layihə yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və qəhrəmanlarımızın tanıdılmasına xidmət edir. Növbəti material Azərbaycanın Milli Qəhrəmanları Əliyev Nadir Alış oğlu və Əliyev Rövşən Nəriman oğlu barəsindədir.
ƏLİYEV NADİR ALIŞ oğlu
30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur.
1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirib, ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Elə həmin il Bakı Politexnik Texnikumuna daxil olmuşdur. 1981-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş, az sonra hərbi xidmətə çağırılmışdır.
O,1983-cü ildə əsgəri xidmətini Qazaxıstanın Leninsk şəhərində başa vurub, Bakı Tunel Tikinti İdarəsində əmək fəaliyyətinə başlayır. Bir il tikintidə çalışdıqdan sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verir və hüquq fakültəsinə daxil olur. 1986-cı ildə bir neçə tələbə ilə birlikdə onu Moskva DTKnin Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər. Nadir Əliyev 1991-ci ildə təhsilini əla qiymətlərlə başa vurub Bakıya dönür. Yüksək biliyini, təcrübəsini nəzərə alaraq, onu Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul edirlər. O, burada işləyə-işləyə BDU-da yarımçıq qalmış təhsilini də başa çatdırır. Nadir Vətənini, doğma torpağını öz canından artıq sevirdi. Qarabağda başlanan müharibə minlərlə insanı yurdsuz-yuvasız qoymuşdu. Nadirin qəlbində qəzəb odu alovlanırdı. Öz xahişilə onu döyüş bölgəsinə göndərirlər. N.Əliyev Qarabağ və ətraf rayonlarda işlədiyi dövrdə cəsur bir döyüşçü, əməliyyatçı və həssas bir insan kimi əhalinin ümid yerinə çevrilmişdi. Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəmirdi. 22 iyul 1993-cü il... Ağdam rayonunun Qiyaslı kəndinin müdafiəsi uğrunda ağır döyüşlər gedirdi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
ƏLİYEV RÖVŞƏN NƏRİMAN oğlu
30 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Texniki Universitet - red.) maşınqayırma fakültəsinə daxil olmuşdur.
1990-cı ildə baş verən Qanlı Yanvar faciəsi hər bir Vətən övladı kimi Rövşənə də çox ağır təsir etmişdi. O, heç cür özünə gələ bilmirdi. Qərar verdi ki, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşacaq.
1991-ci ilin mayı... O, könüllü olaraq orduya yazıldı.
Sonra Ağdamda yaradılmış milli müdafiə taboru... O, döyüşə atılaraq Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni bir tapşırıq aldı: əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır. Verilən tapşırıq vaxtında və peşəkarlıqla yerinə yetirildi.
Ermənilər 13 may 1992-ci ildə bizim əsgərləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal kəndinə hücum edirlər. Rövşən Əliyev yoldaşlarına köməyə gedir. Düşmən zərbələrə tab gətirməyərək geri çəkilir. Tələbə-döyüşçü Ağbulaq-Dəhraz əməliyyatlarında xüsusilə fərqlənir. Bu kəndlər Rövşən Əliyev kimi oğulların dönməzliyi sayəsində erməni quldurlarından təmizlənir. 14 iyun 1992-ci il... Azğınlaşmış düşmən yenidən böyük qüvvə ilə Dəhraz kəndinə hücum edir.
Əsgərlərimiz mühasirəyə düşür. Rövşən yaralı yoldaşlarının düşmən əlinə keçməməsi üçün böyük şücaət göstərərək, onları döyüş meydanından uzaqlaşdırmağa müvəffəq olur. Növbəti dəfə komandirini xilas edərkən başından yaralanır. Bir qədər sonra o, gözlərini əbədi yumur.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.

Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |