Şrift:
Qara qoçun nağılı
21.03.2018 [17:11] - Gündəm, DAVAMın yazıları
Ay qara qoç,qara qoç,
sabah səni kəsəcəklər,
boylanırsan hara ,qoç?

Manqal hazır, şişlər hazır, sən hazır...
Hazırlıqsız burda adam nə gəzir?
Başın yoxdur,sən düşünə bilmirsən,
Sən-ey bədbəxt, bir fikirləş neynirsən?

Bir çarəm yox,gəlir sənə yazığım,
Təsəllidir bütün bunlar -yazdığım.
Bu şeiri bir ingilis yazsaydı,
Dərsliklərə düşəcəkdi bil adı.

Eh... Səhər gəldi, eşidildi həyətdən
Qara qoçun,bədbəxt qoçun fəryadı.
Bir az keçdi cingildədi qədəhlər...
Ay gödəklər,ay gödəklər,gödəklər...

21.03.2018.

Nazim Nəsrəddinov.
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed