Şrift:
Ərdoğan Atatürkün rekordunu təkrarladı
28.03.2018 [10:24] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5492 gündür iqtidar kürsüsündə əyləşib.
Bu barədə “Yeni Akit” yazıb.

Ərdoğan bu nəticə ilə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün 5492 günlük nəticəsini təkrarlayıb.

Qeyd edək ki, Ərdoğan 9 mart 2003-cü ildə millət vəkili olub. 15 mart 2003-cü ildə baş nazir vəzifəsinə gətirilib. 10 avqust 2014-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanaraq Türkiyənin 12-ci prezidenti seçilib. Bütün bu müddət ərzində Ərdoğan ümumilikdə 5492 gün vəzifədə olub.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk isə 29 oktyabr 1923-cü ildən 10 noyabr 1938-ci ilə qədər hakimiyyətdə olub.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed