28.03.2018 [10:27] - Gündəm, DAVAMın yazıları
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.
Əvvəlini bu lonkdən oxuyun
İyirmi doqquzuncu iclasın davamı
14 aprel 1919-cu il
Bu cəzalar dəxi, əlbəttə, ədalət və həqqaniyyətə istinad edilməli və hər dürlü səhv və qərəzdən bərra bulundurulmalıdır.
Bunun üçün də ədliyyə məhkəmələri əhaliyə daha yaxın və milli bir ruhda olmalıdır. Bu xüsusda dəxi hökumət bir yenilik, bir əsəri təcəddüd göstərməyə və tez bir zamanda müməyyiz hakimlərin ədliyyə məhkəmələrinə cəlbinə çalışacaqdır. Möhtərəm əfəndilər! Hökumət bütün səyini bir an əvvəl Məclisi-Müəssisan toplamaya həsr edəcəkdir. Bunun üçün komissiyada qəbul edilmiş olan intixabat layihəyi-qanuniyyəsinin tezliklə Məclisdən keçirilməsini arzu edəriz.
Möhtərəm məbuslar! Məlumunuzdur istiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə bizim üçün fəlah və nicat ümidi qalmaz. Hökumət bunu bilir. Bunun üçün ibtidai təhsilin ümumi olmasına əsas hazırlamaya və işbu eyluldan etibarən ibtidai məktəblər açmağa təşəbbüs edəcəkdir. Sənaye məktəblərinə ayrıca diqqət edəcəkdir. Mövcud edadilərdən bir qismi tədricən milliləşdiriləcək, digər qismi isə qeyri müslim cocuqlar üçün rus lisanında ibqa edəcəkdir. Hər millətin kəndi lisasında oxumasına heç bir mane olmadığından onların cocuqları üçün hökumət hesabına məktəblər açılacaqdır. Edadi məktəblər bulunmayan məhəllələrdə yenilərini açmağa təşəbbüs ediləcəkdir. Müəllimlərə olan ehtiyacımızı rəf üçün kafi miqdarda darülmüəlliminlər açmaqla bərabər xaricdən dəxi müəllimlər dəvət etməyə çalışacaqdır. Dərs kitablarımız dəxi azdır. Maarif nəzarəti bunun çarəsini düşünəcəkdir. Şimdidən komissiyalar təşkil edilmişdir. Bir takım kitab intixab və tərtib edilmişdir. Bunların təbinə müstəcələn şüru edərək eylula qədər lüzum görürəm kitabları kamilən izhar və tədarükə səy edəcəkdir.
Hökumət ali təhsili dəxi düşünmüşdür. Bunun üçün Ali Ziraət məktəbi qanun layihəsi təsvibinizə təqdim edilmişdir. Tiflisdə bulunan mavərayi-Qafqaz darülfünunun paytaxtımıza nəqli üçün müzairata girişilərək eylul ibtidalarında tədrisata burada davam edilməsinə səy və iqdam ediləcəkdir.
Darülfünunumuzda təbii lisanımızın, tariximizin, ədəbiyyatımızın inkişafına xidmət edə biləcək kürsülər açılacaqdır.
Məbus əfəndilər! İstiqbalımızın təmini üçün başqa tədbirlər ittixazı da lazımdır. O da iaşə, ticarət və maliyyə işlərini yoluna qoymaqdır. Ərz etdiyim bu işlər bir-birinə sıxı-sıxıya bağlıdır. İaşə məsələsi Azərbaycanda şimdi başqa bir rəng almışdır. Müharibədən dolayı başqa məmləkətlərdə olduğu kimi bizim vətənimizdə dəxi bütün ticarət inhisar altına alınmış idi. Nəticədə, təbii, süni olsa da böyük bir dairə hətta iaşə nəzarəti naminə başqa məhəllərdə dəxi olduğu kimi bir nəzarət təşkil edilmişdir. Məqsəd xüsusi ticarətlə yol verilməyəcək əhalinin iaşəsinə xüsusi diqqət etmək idi. Əhalinin iaşəsinə həsr diqqət etmək idi. Bunun üçün daxili və xarici ticarəti dövlət kəndi öhdəsinə almışdı. Bu üsulun nə qədər müzürr və xəm nəticələr verdiyi məlumunuzdur. Bittəb Azərbaycan hökuməti bu üsuldan vaz keçdi. Daxildə ticarəti yenidən əhyaya çalışdı. Şimdi hökumətin öhdəsinə düşən bir vəzifə varsa o da əşya fiyətlərinin həddindən ziyadə yüksəlməməsi üçün bazarda kafi miqdarda əmtəə və ərzaq çıxararaq ticarətlə rəqabət etmək və mümkün olduğu qədər Azərbaycana xaricdən ərzaq və əmtəə cəlb etməkdir.
Bu isə artıq ticarət nəzarətinin işidir. Ona görə hökumət iaşə nəzarətini ləğv edərək bu nəzarətin bəzi vəzifələrini ticarət nəzarətinə tövdi etməklə iktifa edəcəkdir.
Möhtərəm məbular! Şu çəkdiyimiz bahalıq, bunnan dolayı keçirdiyimiz sıxıntını həp ticarətimizin mehvəri əslisində cərəyan etmədigindəndir. Bunun da səbəbi məlumdur.
Bizim sərvətimiz, rifah halımız həp neft ticarətinə bağlıdır. Halbuki neftimizin ən böyük bazarı olan Rusiyanın yolu bağlıdır. Bazar açılmazsa bir korluq çəkəcəyiz. Digər tərəfdən Rusiyanın bizim neftimizə ehtiyacı o dərəcədədir ki, bizimlə anlaşmazlar, bizimlə bir “modusu verəndə” vəz və təyin etməzlər isə Rusiya olduqca böyük və təhlükəli və müşkilat zühür edə biləcəyi bədihidir. Binaən-ileyh, hərgah Astraxan tərəfindən bizə ticarət qapılarını açmaq vüqu bularsa müəyyən şəraitlə qəbul edə biləriz. Filhəqiqə, bizim üçün Rusiyanın daxili işlərinə qarışmağa haqqımız yoxdur. Rusiyada hansı firqə qalib gələcək, hansı adamlar iş başına keçəcək. Bu bizim vəzifəmiz deyil, böyük Rusiyanın kəndi işidir. Biz Rusiya ilə, dövləti ilə hər zaman sülh və səlahla, dustanə keçinmək istəriz. Yalnız bir məsələ var ki, (bolşevik Rusiyamı, menşevikmi, yoxsa birimi olsun) bizim daxili işlərimizə qarışmamalıdır. Biz Rusiyadan yalnız bunu tələb ediriz. Bu da haqqımız olduğunu təbii kimsə inkar etməz zənn edəriz. (Mərkəzdən, soldan alqış!). Bunun üçün də Rusiya ilə hər bir ticarətə girişməyi, münasibəti düstanə təsis etməyi Azərbaycan hökuməti hər zaman kəndisinə borc biləcəkdir. Astaraxan yolu açılarsa, iki yüz milyon puta balğ neftimizi ixrac edə biləcəyimizdən nəticədə iki milyarda qədər bir para Azərbaycana daxil olmuş bulunacaqdır. Əgər nefti yalnız kəndi paramıza satarsaq şimdiyə qədər buraxdığımız paranın cümləsini toplamış olacağımızdan nəticədə təbii paramızın etibarı yüksələr. Mətavə ərzağın fiyəti düşər, həyat və məişətimiz kəndi məcrayi əslisinə övdət edər. O vaxt ümuri maliyyəmiz dəxi yoluna girər. Bu gün olduğu kimi gərək burada da Tiflisdə hesabsız kağız paralar buraxmağa artıq məcburiyyət olmaz. Hələ bu iki “emissiya” bu artıq təhəmmül ediləcək hallardan deyildir. İki yerdə para çıxarmaq heç bir zaman, heç bir məmləkətdə görünməmiş bir işdir. Hökumət bu halda bir an xitam verməyə təşəbbüs edəcəkdir.
Möhtərəm əfəndilər! Dəmir yollarımızda dəxi islaha bir çox cəhətlər vardır. Bu xüsusda hökumət çalışır və çalışacaqdır. Yalnız bu bir məsələdən bəhs etmək istəyirəm. O da Ələt - Culfa dəmiryoludur. Bu yola hökumət pək ziyadə əhəmiyyət verir. Bu iş üçün hökumət sizdən para istəyəcəkdir. Bundan başqa torpaq və şose yollarımız dəxi vardır. Bunlar da təmirə möhtacdır. Bu yollarımız mətlub dərəcədə olmazsa nə poçtamız işlər, nə də əhalimiz bunlardan istifadə edə bilər.
Möhtərəm məbus əfəndilər! - Ərz və tedad etdiyim şu tədabirin ifa və icrasını bizim varlığımız və qüvvətim bulunmazsa mümkün ola biləcəkdir. Bunu bir dəfəlik bilməliyiz, qüvvətli olmaz isək nə hürriyyətimiz, nə də istiqlalımız. Onun üçün hərbi işimiz hökumət təşəbbüsünün əsası olacaqdır. Əsgərimizin ehtiyacına, ləvazimatına hökumət ayrıca diqqət və ehtimam edəcəkdir.
Əsgərlik kimi müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, qəvillərin, ziyalıların övladlarının vəzifəsi olduğunu hökumət onlara anlatdıracaqdır. (Ümumi sürəkli alqış, Qarabəy yerindən belə...) Bundan boyun qaçıran bulunarsa lazım gələn cəza veriləcəkdir.
Xülasə əfəndilər! Təkrar edirəm, hər şeydən əvvəl istiqbalımız qüvvətə və millətin əzminə möhtacdır. Birincisi, hərbiyyə nazirimizin müqtədir və təcrübəli əllərində olub, ikincisi isə sizin əlinizdədir.
Əfəndilər! Təşkil etdiyim hökumət aramızda bulunan bütün firqələri ehtiva etmir. Onun üçün təbii müxalifətdə qalanlar dəxi sizin aranızda olacaqdır. Mən ancaq bir şeyə əminəm, o da istiqlaliyyət məsələsində olan birliyinizdir. Və bunun üçün də var qüvvəmlə və böyük inamımla çalışacağımı vəd edirəm. (Səslər: Qarabağ, Qarabağ məsələsi? Ümumi və sürəkli alqış!).
Səslər - Qarabağ! Qarabağ!
Rəis - Hökumətin bəyannaməsi xüsusunda kim danışmaq istərsə söz istəsin. Təklif var tənəffüs elan edilsin.
Səslər - İstəməz. Lazım deyildir. Olsun. Bəyannamə ruscaya tərcümə edilsin. Tənəffüs təklifi səsə qoyulsun.
Rəis - Təklif var, tənəffüs olsun. Lakin təklifin qaydası vardır. Təklif yazılar, beş adam imza edər. Onda səsə qoymaq olar. Yerdən demək ilə olmaz. Nakazda da belədir. Ona görə də mən tənəffüs vermirəm.
Səslər - (Qarışıq səslər)
Rəis - Söz verilir Məmməd Əmin Rəsulzadəyə.
Rəsulzadə Məmməd Əmin (yerindən) - Mən tənəffüs barəsində danışmaq istəyirdim. Artıq keçdi, danışmaq istəmirəm.
Hacı Molla Əhməd (yerindən) - Mənə icazə veriniz. Danışmaq istəyirəm.
Rəis - Nə barəsində? Bəyannaməmi barəsində?
Hacı Molla Əhməd (yerindən) - Bəli!
Rəis - Buyurun!
Hacı Molla Əhməd - (Kürsüyi-xitabətə çıxaraq kağızları varaqlayır, oxumaq istəyir).
Rəis - Natiq əfəndi oxuyacaqsınızmı?
Hacı Molla Əhməd - Bəli, oxuyacağam.
Rəis - Oxuyacaqsınızsa olmaz. Nakaz ilə nitq gərək söylənsin. Natiq söylənər, oxunmaz.
Hacı Molla Əhməd - Oxumaq istəyirəm, söyləyə bilmirəm. Bu fraksiyamız tərəfindən bəyannamədir.
Səslər - Qoy oxusun, oxumamaq olmaz, oxusun, deklarasiyadır.
Rəis - Nakaz üzrə olmaz. Hərgah ixtiyar versəniz, oxusun.
Səslər - (Qarışıq).
Rəis - Nakaz üzrə mən müsadirə verə bilmərəm. Gərək söyləyəsiniz, oxumaq olmaz.
Hacı Molla Əhməd - Əgər olmaz, baş vəzir nə üçün oxudu?
Rəis - Olmaz, rica edirəm sədr ilə mübahisəyə girişməyəsiniz. O hökumət üzvüdür, oxuya bilər. Nakaz isə üzvlərdən ötəridir. (Hacı Molla Əhməd heç bir söz deməyib kürsüdən düşüb yerinə gedir).
Rəis - Beş adamın imzasilə təklif var ki, tənəffüs elan edilsin. Tənəffüs üçün iki adama: lehinə və əleyinə söz verəcəyəm.
Səslər - Danışmaq istəyən yoxdur. Səsə qoyun.
Rəis - Kim tənəffüsə tərəfdar isə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Sayın. Lehinə 10 nəfər, kim əleyhinədir? (Əllər qalxır). Əksəriyyət ilə tənəffüs keçmədi. Söz verilir parlament üzvü Vinoqradova.
Vinoqradov - (rusca).
Tərcüməsi: Məclisi-Məbusanın slavyan-rus fraksiyası hökumətin bəyannaməsini istima edərək kəndi vəzifəsini bilir, bəyan etsin ki, slavyan-rus cəmiyyəti məhəllində anarşı ilə mübarizə və asayiş, qanun və nizamın bərpası uğrunda fəaliyyətdə bulunan hər hökumətə mühazirat etmək lazım gəldiyini dərklə, bu mülahizə ilə müttəfiqlər komandanlığının tam rzasilə, vaxtilə Azərbaycan hökumətində müştərək kabinə təşkilinə hər vəchlə mühazirat göstərmişdir. Şimdi də Məclisi-Məbusanın Rus-slavyan fraksiyası yenə həmin mülahizat ilə 1918-ci sənəsi 10 dekabrda elan etmiş olduğu əsas və prinsiplərə sadiq qalır. Eyni zamanda hazırkı kabinet təşkil olunarkən sabiq hökumət təşkili vaxtı sabiq Rəisi-Vükəla Fətəli Xan Xoyski ilə ruslar arasında təyin edilmiş olan şəraitin pozulduğu və kabinədə slavyan-rus cəmiyyətinə 3 əvəzinə ancaq bir yer verildiyini qeydlə fraksiya bu hərəkətin müqabilinə protesto edər və pozulmuş etilafın təcəddüdü üçün israrla çalışacaq.
Fəqət, ba eyni hal vaxt hazirənin şəraiti-siyasiyəsində dolayı onsuz da çox uzanmış olan böhrani-vüzərayi bir daha uzatmaq və bu zəmində şu ağır zamanda hökumət üçün yeni böhran çıxarmaq istəmiyərək, Məclisi-Məbusanın slavyan-rus fraksiyası bəyan edir ki, hökumətin fəaliyyəti Rusiya mənafeyinə zərər yetirmədikcə, biz yeni kabinəyə mühazirətdə bulunacağız.
Rəis - Daha kim söz istəyir? Zahirən danışmaq istəyən yoxdur. Elə isə Divani-Rəyasədə bir təklif var. Müştərəkən düzəlmiş bir formuludur. Onu elan edirəm.
Rəsulzadə (yerindən) - İcazə veriniz.
Rəis - Söz Məmməd Əmin Rəsulzadənindir.
Məmməd Əmin Rəsulzadə - Həzarat! Hökumətin bəyannaməsi haqqında söz söyləmədən və ona əlaqəmizi göstərməkdən əvvəl əqəliyyət təşkil edən rus nümayəndəsinin söylədiyi sözləri cavabsız buraxmadan keçəmiyəcəyəm. Burada Azərbaycan millətinin haqqından istifadə edərək təşkili-hökumət haqqının istifadəsinin slavyan-rus cəmiyyəti nümayəndəsi haqsız olaraq xaricdən gələn qüvvələr ilə əlaqədar göstərmək istədi. (Sü-rəkli alqış!).
Burada yalnız millətin haqqı Azərbaycan xalqının iradəsinə istinadən hökumətdən bəhs etmək olar. Bir takım şəraitdən müttəfiq komanda müavinəti ilə kəndiləri üçün təmin olunacaqdır. Hüquqdan bəhs etmək millətlər hüququna tərəfdar olduqlarını söyləyən zatlara, yalançı deyilsələr, qətiyyən yaraşmaz.
Azərbaycan parlamentində oturan məbuslar bu xüsusda açıq alınla oturmalıdırlar, alınları açıq olmayanlar burada oturmasınlar. (Sürəkli alqış!). Həzarat! Bu gün başdan ayağa demokratik bir proqram ilə hüzurunuza çıxan hökumətin heyətinə əgər nəzəri diqqət etsəniz bu heyət gənc bir heyətdir. Ehtimal ki, bu heyət içərisində bir çoxları üçün yeni isimlər vardır.
Məlumdur ki, biz siyasətdə yeni təcrübəyə başlamış bir millətiz. Dünya inqilabı nəticəsində, hər şeyin dəyişdiyi və yeniliyə doğru getdiyi bir zamanda cavan qüvvətlərin iş başına gəlməsini hüsnü tələqqi edə biləriz. Bizə şöhrətli “bütlər”dən ziyadə, əzmkar və namuskar xadimlər lazımdır. Yeni hökumətin demokratik ənasürdən təşkil edən heyəti gənc olsa da bizə ümid verir ki, demokratik proqramla hüzurumuza çıxan hökumət bəyannaməsindəki fəsillərin qövldən-felə çıxarılması işində məmləkətin cahar çeşmlə gözlədiyi əzm və səbat göstərəcəkdir. Elan elədiyi bəyannaməsini əzm və səbatla yerinə yetirəcəyinə ümidlə biz bütün etimad və müavinətimizi hazırkı hökumətdən əsirgəməyəcəyiz, müvəffəq olmalarına çalışacağımızı bu kürsüdən elan edirəm. (Alqışlar!).
Rəis - Söz istəyən yoxmu? Divani-Rəyasətə müştərəkən tərtib olunmuş bir formul daxil olmuşdur. (Katibə). Mehdi bəy oxuyun.
Katib (oxuyur) - Hökumətin bəyannaməsini eşidərək Məclisi-Məbusan bəyani-etimadla bəyannamədəki əsasların fikirdən işə keçirilməsində hökumətə hər növlə müavinət edəcəyini bildirərək növbədəki məsələlərin müzairəsinə keçir.
(Rusca tərcüməsini oxuyur).
Qara bəy (yerindən)- İcazə veriniz.
Rəis - Təklif edə bilirsiniz. Mən dəfəat ilə dedim söz istəyən varmı, danışan olmadı.
Qara bəy (yerindən) - Biz sözümüzü deyib qurtarmamışıq.
Rəis - Mən təkrar dedim kim danışmaq istəyir, danışan olmadı. Ancaq iki fraksiyadan danışdılar.
Səslər - (Formula barəsində danışmaq olarmı?)
Rəis - Söz parlament üzvü doktor Koxmanındır.
Koxman - Hökumətin bəyannaməsi ruscaya tərcümə olunmadığına görə biz səs verə bilməyiriz.
Səslər - (Tərcümə edilsin. Veriniz tərcüməsini özləri oxusunlar).
Rəis - Belə olan surətdə belə eləmək olar. Bəyannaməni verin özləri oxusunlar. O vaxta qədər tənəffüs elan edirəm.
Tənəffüsdən sonra
Rəis - İclas davam edir. Söz verilir doktor Koxmana.
Koxman - (rusca).
Rəis - “İttihad” firqəsi ilə bitərəflər tərəfindən belə bir təklif var. Oxuyun.
Katib (oxuyur) - Hökumətin bəyannaməsini dinləyərək “İttihad fraksiyası və bitərəflər elan edirlər ki:
1 - Çünki Azərbaycan istiqlalını müdafiə edən firqələr arasında koalisiyon üsulu bir hökumətin təşkilində nəzərə alınmamışdır;
2 - Çünki “İttihad” fraksiyası hökumətin təşkilində iştirak etməmişdir;
3 - Çünki bu hökumətin gələcəkdə fəaliyyəti xüsusunda heç bir zəmanət yoxdur. Firqələr bu hökumət haqqında hənuz öz nöqteyi-nəzərlərini təyin etmir və məsuliyyəti də üzlərinə almırlar.
Rəis - Cəlil bəy siz danışmaq istəyirsiniz buyurunuz.
Cəlil bəy Sultanov (bitərəf) - Rəisi-Vükəlanın bəyannaməsində Qarabağ məsələsi üstü örtülü keçdiyindən bizim fraksiyamız səs verməkdən imtina edir.
Rəis - Mən başa düşmürəm, burada bitərəflər ismindən rəsmən təklif olunur. Siz isə başqa söz deyirsiniz.
Qara bəy (yerindən) - Bu başqa motivdir.
Rəis - Rica edirəm yerinizdən danışmayın. Belə olan surətdə etilafa gəlin.
Cavanşir (Bitərəf, yerindən) - İcazə veriniz.
Rəis - Buyurunuz.
Cavanşir - Hökumət rəisi bu gün öz bəyannaməsində Azərbaycanın hər yerini adbaad çəkdi. Nə fikiri olduğunu söylədi. Hətta Lənkəran, İrəvan, Naxçıvan uyezdləri adını da çəkdi. Amma ən mühüm Qarabağın adı çəkilmədi.
Məlumatımıza görə Qarabağ məsələsi bəyannamədə var idi. Fəqət, bilmirəm kimin xatirəsi üçün bu gün bəyannamədən götürülmüşdür. Məlumdur ki, Qarabağ həlakətdə idi. İndiyədək orada müsəlmanlar Andronik əlindən çox böyük cəfalar çəkirlər, çox qurbanlar vermişlər. Hətta yüzə qədər kənd xarabaya dönmüşdür.
Onlar gözləyirdilər ki, hökumət bəyannaməsində Qarabağ məsələsi zikr ediləcəkdir. Hökumət, özünüz bilirsiniz ki, oraya general-qubernator göndərib və ona böyük ixtiyarlar vermişdir. Bizim dalımızda duran üçüncü böyük hökumət də ona geniş vəkalət veribdir ki, Qarabağ müsəlmanlarını düşmənlər əlindən xilas etsin. Bu gün isə hökumət rəisi bu barədə bir söz danışmadı. Elə nəzərə gəlir ki, guya Qarabağ məsələsi qurtarıb...
Səslər - Qurtarıb. Əlbəttə qurtarıbdır.
Cavanşir (davam edir) - Sizdən ötəri ola bilər ki, qurtarıb, amma bizdən ötəri hələ qurtarmayıbdır.
Ağamalı oğlu (yerindən) - Mübahisəsizdir. Qurtarıbdır.
Rəis - Səmədağa rica edirəm, yerindən danışmayasınız.
Cavanşir (davam edir) - Qarabağ əhlindən bir nəfər Şuşadan o yana adlaya bilmir. Hər kəs getsə ölümdən savayı bir şey görməz. Necə ki, bu gün Lənkərana gedib-gəlmək mümkün deyil. Eləcə də Qarabağın dağlarına keçmək mümkün deyil. Biz ümid edirik ki, hökumət bu gün Qarabağ məsələsi haqqında nə tədbirlər görəcəyini söylər. Amma bu məsələ barəsində heç bir şey eşitmədik. Bilmirəm hökumətin bu barədə nəzəri nədir. Qarabağ məsələsini münasibətimiz belə ikən bəyannamənin qalan hissələri haqqında “İttihad” fraksiyasının formulasına iştirak edirik. Hökumətə olan münasibətimiz isə hökumətin gələcək fəaliyyəti ilə məlum olacaqdır.
Rəis - Söz hökumət rəisi Nəsib bəy Yusifbəylinindir.
Nəsib bəy - Möhtərəm məbuslar! Mənim bəyannaməmdə nə qədər mübahisəli yerlər və məsələ varsa o xüsusda sözümü dedim. Çox mübahisəsiz məsələlər vardır ki, hökumət o xüsusda söz söyləməyi artıq bilir. İrəvan, Lənkəran, Tiflis sözü oldusa o da ondan ötəridir ki, olanlar mübahisəlidir. Qarabağ xüsusunda mübahisə yoxdur. Onun üçün də mən mübahisəli olmayan məsələ haqqında bir söz belə söyləməyi artıq bildim.
Rəis - Söz Məmməd Əmin Rəsulzadənindir.
Rəsulzadə - Biz bu təklif əleyhinəyiz. Nə üçün əleyhində olduğumuzun dəlilini söyləmək istəyirəm. Bəyannamədə Qarabağ fəqərəsi yoxdur. Bu xüsusda hökumət rəisi dəxi nə mülahizə ilə məzkur fəqərəyə lüzum olmadığını söylədi. Həqiqətən elədir. Meydanda Lənkəran məsələsi var. Çünki Lənkəran daha əlimizdə deyil, çünki oraya hala Azərbaycan məmuriyyəti təyin edilməmiş; Tiflis quberniyasında Borçalı məsələsi var. Çünki orası da bizim hökumət və qüvvətimizin xaricindədir. İrəvan quberniyasının bəzi yerlərinə aid məsələlər var. Çünki qəza, hökumət oralara hala nüfuz ödəmiyib, torpaqlarımız başqa əllərdədir. Halbuki, Qarabağ məsələsi belə layənhəll halda deyildir. Oraya general-qubernator təyin olunmuş. Oradakı hüquqi-mülkiyyəmiz hətta bir dərəcəyə qədər beynəlmiləl bir halı iktisab eləmişdir. Bir də İrəvan quberniyasının davasını edən hökumətdən qalxıb da Qarabağ məsələsini istizah etmək yersizdir. Çünki İrəvana gedən hökumət təbiidir ki, Qarabağ dağlarını aşıb keçmədən gedəməzdi. Bizcə və hökumətcə Qarabağ məsələsi yoxdur. Nasıl ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə vaqə olan hər növ təklifi rədd ediriz.
Rəis - Söz parlament üzvü Malxazyanındır.
Malxazyan - (Rusca).
Rəis - Parlament üzvü Malxazyanın etirazı yersizdir. Mən söz verdim. Bəyannamə münasibətilə iki fraksiya öz rəyini dedi də. Məsələnin əsası üzərində danışan olmadı. Müştərəkən verilən təklifdən başqa, başqa təklif yoxdur. Bu təklifi səsə qoyuram.
Sağdan - Biz də təklif verdik.
Rəis - Sizin verdiyiniz təklif deyil. Siz ancaq nə üçün səs verməyəcəyinizin səbəbini göstərirsiniz. Mən bunu səsə qoya bilmərəm. (Katibə) Müştərəkən verilən təklifi oxuyunuz.
Katib (oxuyur) - Hökumətin bəyannaməsini eşidərək Məclisi-Məbusan bəyani-etimadla bəyannamədəki əsasların fikirdən işə keçirilməsində hökumətə hər növ ilə müavinət edəcəyini bildirərək növbədəki məsələlərin müzakirəsinə keçir.
(Rusca tərcümə edir).
Rəis - Qoyuram səsə, hər kəs bu təklifi qəbul edirsə əlini qaldırsın. (Əllər qalxır). Sayın. Lehinə - 43. Kim əleyhinədir? (Əleyhinə yoxdur). Kim səs vermir? 21 nəfər. Lehinə - 43, əleyhinə yox, səs verməyən 21. Beləliklə, formul əksəriyyətlə qəbul olunur. (Sürəkli alqışlar).
Vaxt təng olduğuna görə başqa məsələlər müzakirəyə qoyulmayacaqdır. Məclisi qapamadan əvvəl gələn iclasın yomiyeyi-müzakiratı belə olsun:
1 - Mükələfiyyatın əksəriyyətdən maarif, yaxud sənət cəhəti ilə azad olunması haqqındakı imtiyazat qanununun tövsii;
2 - Cəbaliyyun hökumətinə 30 milyon qərz xüsusunda layiheyi qanuniyyə;
3 - Kür nəhrinin sahillərindən bəndlər inşası üçün müəyyən məbləğ buraxılması haqqında layiheyi-qanuniyyə.
Bu cür yomiyə-müzakiratı təsdiq ediniz. Etiraz yoxsa qəbul olunur. Məsələ bitdiyindən iclas qapanır.
(İclas saat 8.50 dəqiqədə qapanır).
Davamı var...

Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |