30.03.2018 [11:25] - Xəbərlər, Siyasət, Bildiriş
1918-ci il martın 31-də törədilən qətliamlar xalqımızın qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” mövzusunda keçirdiyi elmi-praktik konfransda səsləndirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli konfransda “Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyasına dair fərmanlarının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının tarixi-siyasi əhəmiyyəti haqqında” çıxış edib. Qeyd olunub ki, bu fərman və sərəncamlar on illər ərzində geniş xalq kütlələrindən gizli saxlanılmış soyqırımı və deportasiya həqiqətlərinin araşdırılıb üzə çıxarılmasında, xalqımıza qarşı erməni cinayətlərinin aşkarlanmasında həlledici əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi isə yalnız ölkə ictimaiyyətinin deyil, bütövlükdə, dünyanın diqqətinin soyqırımla bağlı əsl həqiqətlərə yönəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Konfransda “XX əsrdə azərbaycanlıların soyqırımı və deportasiyası” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı şurasının üzvü, “Naxçıvan” Universitetinin idarəetmə fakültəsinin dekanı Elbrus İsayev qeyd edib ki, bu faciələrin kökündə azərbaycanlıların müsəlman və türk olmaları amili dayanıb.
“Ermənilərin azərbaycanlılara qarşı soyqırımlarının pərdəarxası və böyük dövlətlərin dəstəyi” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri Emin Şıxəliyev 1918-ci ildə Qərbi Azərbaycan torpaqları hesabına daşnak işğal rejiminin yaradılmasından bəhs edib, sovet imperiyasının bölgədə öz maraqlarını həyata keçirmək siyasətindən danışıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “XX əsrdə ermənilərin Naxçıvanda törətdiyi soyqırımı” mövzusunda çıxış edərək 1905-1907-ci və 1918-1920-ci illərdə ermənilərin Naxçıvan əhalisinə qarşı həyata keçirdiyi qanlı qırğınlardan söz açıb. Bildirib ki, həmin dövrdə Naxçıvanda könüllü özünümüdafiə dəstələrinin mübariz fəaliyyəti, Azərbaycan hökumətinin və qardaş Türkiyənin fəal yardımı nəticəsində Naxçıvanı erməni işğalından qorumaq mümkün olub.
Konfransın gedişində mövzularla bağlı slaydlar nümayiş etdirilib.
X X X
Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Yaycı kəndində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Yaycı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ətrafında ağac və gül kolları əkib, abidə önünə gül dəstələri qoyublar. Sonra soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Tədbirdə rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov çıxış edərək bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli Liderimizin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq bu gün respublikamızda silsilə tədbirlər keçirilir.
Qadir İbrahimov deyib ki, 1918-ci ilin mart hadisələrində ermənilər üç gün ərzində təkcə paytaxt Bakı şəhərində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə də minlərlə azərbaycanlı bu faciənin qurbanı olub, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri dağıdılıb. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə yüzlərlə soydaşımız amansızlıqla öldürülüb. 1918-1921-ci illərdə Naxçıvanda еrmənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı vəhşiliklə qətlə yetirilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, ətrafında park salınıb, tikinti-abadlıq işləri görülüb. İndi bura sakinlərin, xüsusilə də gənclərin müqəddəs and yerinə çevrilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, kənd ağsaqqalı Sabir Nəzərov, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının şura üzvü, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva, Dizə kənd tam orta məktəbinin müəllimi Nənəxanım Əliyeva, rayon icra hakimiyyəti başçısının Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfər Quliyev çıxış ediblər.
Sonda Yaycı kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.
X X X
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, ermənilər zaman-zaman xalqımıza qarşı terror, soyqırımı siyasəti həyata keçirib, dəhşətli cinayətlərə əl atıblar. Rəsmi məlumatlara əsasən, 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda, ümumilikdə, 50 minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər.
Qeyd olunub ki, 1918-1920-ci illərdə ermənilər 1602 kəndi yerlə-yeksan ediblər. Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) qədim ata-baba yurdlarında yaşayan yüz minlərlə azərbaycanlını öldürüblər. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan qətlə yetirilib, torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Sevda Quliyeva vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı aktları və deportasiya siyasəti ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan mühüm tarixi sənəddir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü Mahir İsmayılov, Yurdçu kənd tam orta məktəbinin müəllimi Teymur Əsgərov mövzu ilə bağlı çıxış ediblər.
Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videomaterial nümayiş etdirilib.

Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |