Şrift:
İrəvan teatrının səhnəsində - Soyqırımı tarixinin dastanı
30.03.2018 [11:26] - Gündəm, Afişa
Azərbaycan Prezidentinin Sərəncamına əsasən 31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tədbirlər həyata keçirir.

Bu tədbirlər planı çərçivəsində martın 31-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” əsəri səhnədə nümayiş olunacaq.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur. Rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Ceyhun Əliyev, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış edəcəklər.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed