Şrift:
Siirtdə terror hücumu: 6 təhlükəsizlik əməkdaşı həlak olub, 7 nəfər yaralanıb
30.03.2018 [11:30] - Gündəm, Hadisə
Türkiyənin Siirt vilayətində PKK terrorçularının hücumu nəticəsində 6 təhlükəsizlik əməkdaşı həlak olub, 3 mühafizəçi və 4 əsgər yaralanıb.

Anadolu agentliyi xəbər verir ki, terrorçular Ormanardı kəndi ərazisində yol tikintisi işlərində təhlükəsizliyi qoruyan mühafizəçilərə hücum edib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Bölgədə terrorçulara qarşı başlayan əməliyyatlar davam edir.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed