Şrift:
Ordumuz İsrailin “Tavor” avtomatları ilə silahlandırılır
28.06.2012 [11:34] - Hərb
“Mən buna Bakının Moskvaya nümayiş etdirdiyi kifayət qədər ifadəli demarş deyərdim”

Azərbaycanın öz ordusunu “Kalaşnikov” avtomatlarının yerinə israilin “Tavor” avtomatları ilə silahlandırması Rusiyanın Qəbələ RLS-in icarə haqqını artırmaq istəməməsinə cavabdır. “Davam.az”ın “Rusiyanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu ekspert-konfliktoloqları rəy veriblər: “Mən buna Bakının Moskvaya nümayiş etdirdiyi kifayət qədər ifadəli demarş deyərdim. Məlumdur ki, Moskva Azərbaycanın hələ sovet dövründə Azərbaycan ərazisində tikilən Qəbələ RLS-in icarə haqqını artırmaq təklifindən dəfələrlə imtina edib. Əlbəttə, bu da Bakının narazılığına səbəb olub”.
Məqalədə o da vurğulanır ki, söhbət sadəcə olaraq Azərbaycanın “Tovar” avtomatlarını almasından deyil, bu silahları istehsal etmək üçün burada zavodun tikintisindən söhbət gedir: “Bir halda ki, Azərbaycan ordusunun adi hissələrinin “Tovar” avtomatları ilə silahlandırılması suallar yaradır, Bakının digər motivləri haqda düşünmək lazım gəlir. Sirr deyil ki, yaxın gələcəkdə Azərbaycanla sərhəddə olan İrana ABŞ və İsrail tərəfindən hücum oluna bilər” .
Nəşr yazır ki, Bakı və Təl-Əviv arasındakı hərbi-texniki əməkdaşlığın tutumu bu baxımdan Azərbaycanın münaqişədə kimin tərəfini tutacağını birmənalı şəkildə nümayiş etdirir.
Qeyd edək ki, TAR-21 (XXI əsrin “Tavor” hücum silahı) Israel Military Industries konserni tərəfindən buraxılan 5,56 mm. kalibrli müasir avtomatdır və 15 ölkənin silahlandırılmasında istifadə edilir.
Bu xəbər oxucular tərəfindən 2403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed