06.04.2018 [10:20] - Gündəm, DAVAMın yazıları
(Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən “Aprel döyüşləri” şəhidlərinə həsr olunur...)
Uşaqdım, bilməzdim qayğı-qadanı,
Ciddiyə almazdım heç bir insanı,
Mənə ki həyatı sən öyrətmisən,
Səninlə dərk etdim mən Yaradanı...
Kiçik əllərimi açdım göyə mən,
Gözlərim yumaraq “uçdum” göyə mən.
O vaxt ki həyatı anladım, ana,
Öyüdünlə nurlanıb “saçdım” göyə mən...
Dedin ki, tez böyü, ay igid balam,
Sən səs ver vətənə, “hay” igid balam.
Vətəni sevmək də Tanrıdan gəlir,
Ol Qutlu Ülküyə pay, igid balam!
Böyü və əsgər ol, yürü səngərə,
Qoru bu vətəni, qalxış sipərə.
Həyatda ən ali zirvə vətəndir,
Onunçün çalış sən, güc ver təpərə...
Nə dedin elədim, anacan, inan,
Uydum öyüdünə sonacan, inan!
Böyüdüm, geyindim əsgər paltarın,
Hazırdım verməyə Ona can, inan...
O – vətən hər şeydən müqəddəs olub
Mənimçün, gözlərim yağmur tək dolub
Onunçün, çalışıb vuruşmuşam mən,
O vətən eşqini qəlbimə salıb...
*** *** ***
Keçən ay yazmısan, bala, necəsən?!
De, nələr edirsən gündüz-gecə sən?!
Gələn ay bacının toyu olacaq,
Mümkündür gələsən, sonra gedəsən?!
Axı onun bircə qardaşı sənsən,
İstəyir gələsən, deyib-güləsən.
Toyunda qol açıb oyna ki, görsün,
Onun şad gününə sən sevinirsən...
Anacan, bağışla, gələ bilmərəm,
Bacımla oynayıb gülə bilmərəm.
Nə qədər istəsəm üzündən öpüm,
Kövrələn gözünü silə bilmərəm...
İstərəm yanında olum hər zaman,
Səninçün, onunçün darıxdım yaman,
Ürəyim sıxılır, dözə bilmirəm,
Bu tale bizlərə nə etdi, aman...
Anacan, məni bağışla, nə olar,
Gələ bilməyəcəm heç gələn bahar.
Yoxsa çox istərdim həlim, bir ağac
Əkim mən atamla alma, armud, nar...
İstərdim ki, yenə uşaq olum mən,
Dizində uyuyub yatıb qalım mən.
İstərdim ki, qucum isti qoynunu,
Daima sizlərdən ol-zövq alım mən...
Nə edim, qucmağa əlim yoxdur ki,
Deməyə şirin söz dilim yoxdur ki.
Görməyə sizləri məhsun gözlərim,
Şəhidəm, bədənim, belim yoxdur ki...
Elşən İsmayıl
04.04.2018
Uşaqdım, bilməzdim qayğı-qadanı,
Ciddiyə almazdım heç bir insanı,
Mənə ki həyatı sən öyrətmisən,
Səninlə dərk etdim mən Yaradanı...
Kiçik əllərimi açdım göyə mən,
Gözlərim yumaraq “uçdum” göyə mən.
O vaxt ki həyatı anladım, ana,
Öyüdünlə nurlanıb “saçdım” göyə mən...
Dedin ki, tez böyü, ay igid balam,
Sən səs ver vətənə, “hay” igid balam.
Vətəni sevmək də Tanrıdan gəlir,
Ol Qutlu Ülküyə pay, igid balam!
Böyü və əsgər ol, yürü səngərə,
Qoru bu vətəni, qalxış sipərə.
Həyatda ən ali zirvə vətəndir,
Onunçün çalış sən, güc ver təpərə...
Nə dedin elədim, anacan, inan,
Uydum öyüdünə sonacan, inan!
Böyüdüm, geyindim əsgər paltarın,
Hazırdım verməyə Ona can, inan...
O – vətən hər şeydən müqəddəs olub
Mənimçün, gözlərim yağmur tək dolub
Onunçün, çalışıb vuruşmuşam mən,
O vətən eşqini qəlbimə salıb...
*** *** ***
Keçən ay yazmısan, bala, necəsən?!
De, nələr edirsən gündüz-gecə sən?!
Gələn ay bacının toyu olacaq,
Mümkündür gələsən, sonra gedəsən?!
Axı onun bircə qardaşı sənsən,
İstəyir gələsən, deyib-güləsən.
Toyunda qol açıb oyna ki, görsün,
Onun şad gününə sən sevinirsən...
Anacan, bağışla, gələ bilmərəm,
Bacımla oynayıb gülə bilmərəm.
Nə qədər istəsəm üzündən öpüm,
Kövrələn gözünü silə bilmərəm...
İstərəm yanında olum hər zaman,
Səninçün, onunçün darıxdım yaman,
Ürəyim sıxılır, dözə bilmirəm,
Bu tale bizlərə nə etdi, aman...
Anacan, məni bağışla, nə olar,
Gələ bilməyəcəm heç gələn bahar.
Yoxsa çox istərdim həlim, bir ağac
Əkim mən atamla alma, armud, nar...
İstərdim ki, yenə uşaq olum mən,
Dizində uyuyub yatıb qalım mən.
İstərdim ki, qucum isti qoynunu,
Daima sizlərdən ol-zövq alım mən...
Nə edim, qucmağa əlim yoxdur ki,
Deməyə şirin söz dilim yoxdur ki.
Görməyə sizləri məhsun gözlərim,
Şəhidəm, bədənim, belim yoxdur ki...
Elşən İsmayıl
04.04.2018
Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |