Şrift:
Təbriz zindanında saxlanılan Fərdin Muradpurun göz durumu gündən günə pisləşir
28.06.2012 [12:54] - Güney Azərbaycan xəbərləri
Azərbaycan Milli Hərəkətinin fəalı Fərdin Muradpurun gözü, işkəncə nəticəsində eləcə də zindanın ağır durumu nəticəsində iltihab etmiş və bu iltihab gündən günə artır. Zindan məsulları bu vəziyyətdən tam xəbərli olaraq Fərdin Muradpurun mütəxəssis doktora getməsinə izn vermirlər.
Fərdin Muradpur, ilk dəfə bir il yarım öncə gözlərinin ağrısı ilə bağlı zindanın ümumi doktoruna baş vurub, amma zindandakı ümumi doktorun bilmədiyindən dolayı 1.5 nömrəli gözlük almalı olmuş və bu gözlük Fərdin bəyin gözünün durumunu daha pisləşdirmişdir. belə ki, sonraki dəfə zindan doktoruna getdiyində 2.5 nömrəli gözlük almalı olmuşdur.
zindanın tipp imkanlarının olmaması durumu daha da acınacaqlı etmişdir. Mütəxəssis doktora getməyə izn verilməməsi səbəb olmuş Fərdin bəy üçüncü dəfə doktora getdiyində 3.5 nömrəli gözlük alsın.

Fərdin Muradpur dəfələrlə gözlərinin gözlük sayzının ölçülməsi üçün mütəxəssis həkimə getməsinə izn istədiyinə baxmayaraq, o biri istəkləri kimi bu istək də zindanın İttilaatı tərəfindən rədd edilmişdir. Bu ağır durum hələ də qalmaqdadır.
Bu xəbər oxucular tərəfindən 1581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed