Şrift:
Bolqarıstan Azərbaycanla birbaşa reyslərin açılması imkanını alqışlayır
07.04.2018 [10:07] - Gündəm, Müsahibə
Bunu Trend-ə özəl müsahibəsində Bolqarıstanın turizm naziri Nikolina Angelkova bildirib.

Nazir bildirib: "Azərbaycan tərəfi Bakıdan bizim dəniz kurortlarımızdan birinə birbaşa reyslərin açılması imkanının öyrənilməsinə maraq göstərib."

Bolqarıstan rəsmisi qeyd edib ki, Sofiya ilə Bakı arasında birbaşa reyslər artıq bu ilin yanvar ayından işə başlayıb. Onun sözlərinə görə, bu, qarşılıqlı turist axınına müsbət təsir göstərəcək.

N.Angelkova bildirib ki, Bolqarıstan kimi Azərbaycan da turizm üçün çox maraqlı və çoxçeşidli imkanlar təklif edir: "Yeni aviareys xalqlarımızın həyat tərzi və mədəniyyətləri ilə tanış olmaq üçün yaxşı imkanlar açaçaq, eləcə də, iki ölkə sahibkarları arasında daha intensiv əlaqələr yaratmağa kömək edəcək. Bu, eləcə də turizm sahəsində də dinamik iqtisadi münasibətlər yaradacaq. Mən əminəm ki, bu şəkildə biz turizmin tarixi, sağlamlıq, festival, şərab və bir çox növlərinin inkişafı üzrə əməkdaşlığı dərinşlərdirəcəyik."

Nazir həmçinin Bakı ilə Bolqarıstanın başqa şəhərləri arasında birbaşa reyslərin açılması imkanını qeyd edib. İki ölkə arasında viza rejiminin sadələşdirilməsi imkanına toxunan nazir bildirib ki, Bolqarıstan digər ölkələrə qarşı birtərəfli viza qaydaları tətbiq etmir, bu məsələ ilə bağlı Aİ siyasətinə riayət edir.

Daha sonra nazir bildirib: "Hesab edirəm ki, bizim ölkələrimiz turizm, eləcə də iqtisadiyyatın bir çox sahələri üzrə əməkdaşlığı inkişaf etdirməlidir."
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed