28.06.2012 [13:29] - Hüquq
İyunun 27-də Vaşinqtonda Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd Bin Zaid Al Nəhyanla görüşən ABŞ prezidenti Barak Obama bu ölkə ilə İran arasında ixtilafa səbəb olan üç ada probleminin həlli istiqamətindəki istəyinə dəstək verib.
Barak Obama və Məhəmməd Zaid Al Nəhyanın birgə bəyanatında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı ixtilafın beynəlxalq qurumlarda qaldırılmasının doğru yol olduğu bəyan edilib: “ABŞ hökuməti Birləşmiş Ərəb Əmirliklərinin Beynəlxalq Haaqa Məhkəməsinə və ya digər müvafiq beynəlxalq qurumlara müraciət olunması istəyinə tam dəstək verir”.
İran körfəzindəki Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə görə İran hökumətinin nəzarətinə verilib.
Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələni Beynəlxalq Haaqa Məhkəməsində qaldıracağını bildirir.

Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |