Şrift:
“Şah Qacar” yenidən səhnədə
13.04.2018 [10:35] - Afişa
Aprelin 13-də Akademik Milli Dram Teatrında "Şah Qacar" tamaşası növbəti dəfə nümayiş olunacaq. Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar" pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.

İki hissəli səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov, xalq artisti Laləzar Mustafayeva, əməkdar artistlər Sabir Məmmədov, aktyor Elnar Qarayev, əməkdar artistlər Anar Heybətov, Aslan Şirin, aktyor Mətləb Abdullayev, əməkdar artistlər Kazım Abdullayev, Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Samirə Xanlarova, Canəli Canəliyev, Fəridə Şahbazova və Xədicə Novruzlu və İmran Əli Qurban çıxış edirlər.
Qeyd edək ki, tamaşanı Ceyran Həsənli idarə edəcək.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed