28.06.2012 [16:45] - Gündəm
Bu barədə İran mətbuatı Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata əsasən, İran XİN onların saxlanmalarının səbəbini rəsmi şəkildə Azərbaycan tərəfinə elan edib. Gənc şairlər külli miqdarda narkotik qaçaqmalçılığı və İsrail kəşfiyyatına casusluqda ittiham olunurlar.Xəbərdə bildirilir ki, həbs olunan Fərid Hüseyn və Şəhriyar Hacızadə qeyd olunan ittihamları qəbul ediblər və ittihamın bütün dəlilləri Azərbaycan XİN-ə təqdim olunub.
Bəzi İran saytlarının iki Azərbaycan vətəndaşı - gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani haqda yaydıqları məlumatla əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzi açıqlama verib.
Mərkəzin rəhbəri Arif Babayev deyib ki, iki Azərbaycan vətəndaşının Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olmaları haqda yazılanlar tam uydurma və cəfəng fikirlərdir: “MTN belə cəfəng və uydurma məlumatları şərh etmir”.
İyunun 28-də İran saytları - “Arannews.ir” və “Rajanews.com” ötən ay bu ölkədə tutulmuş iki Azərbaycan vətəndaşının narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğunu xəbər verib. “Rajanews.com”un məlumatında bildirilib ki, “özünü şair kimi qələmə verən qaçaqmalçılar” Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olublar. Sayt gənc şairlərin İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunduğunu da iddia edib.

Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |