14.04.2018 [10:53] - Gündəm, Türk dünyası-Turan
İstanbulda inşa olunan sayca üçüncü Yeni Hava Limanı (İstanbul New Airport-İGA) üzrə tikinti işləri qrafikə uyğun olaraq davam etdirilir. İndiyədək işlərin yetmiş faizdən çoxu həyata keçirilib.
Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan İGA-da keçirdiyi mətbuat konfransında məlumat verib.
Əvvəlcə İstanbul Yeni Hava Limanının tam fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub. KİV təmsilçiləri hava limanının ayrı-ayrı məntəqələri, o cümlədən təyyarələrin hərəkət zolağı, dispetçer məntəqəsi və sərnişin terminalı ilə tanış olublar.
İstanbulda dünyanın ən nəhəng hava limanının tikintisinin ortaya çıxmasının səbəbləri barədə ətraflı məlumat verən nazir Ə.Arslan diqqətə çatdırıb ki, İGA-nın cari ilin 29 sentyabr tarixində- Türkiyə Cümhuriyyətinin yaranmasının 95 illik yubileyi münasibəti ilə istifadəyə verilməsi planlaşdırılır. İstanbulda beynəlxalq uçuşları öz üzərinə götürəcək bu hava limanının ilk terminalı il ərzində 90 milyon sərnişinə xidmət etmək imkanına malik olacaq. Eyni zamanda, buradan daxili və xarici yük daşımaları bir neçə dəfə artacaq. Nazirin sözlərinə görə, sərnişinlər İstanbula hava limanı ilə şəhəri birləşdirən yeni metro xətti və sürət qatarı ilə rahat şəkildə daşınacaqlar.
AZƏRTAC

Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |