29.06.2012 [11:50] - Bildiriş
İyunun 22-də dünyasını dəyişmiş Azərbaycanın tanınmış hüquqşünası, vəkil İsaxan Aşurov bu gün dəfn olunub. Bu barədə vəkil İntiqam Əliyev məlumat verib. İ.Əliyev İ.Aşurovun Gürcüstanın Bolnisi rayonun Faxralı kəndində dəfn olunduğun deyib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən İ.Aşurov müalicə üçün getdiyi ABŞ-da vəfat edib.
“Yeni Müsavat”ın məlumatına görə, hüquqşünası son mənzilə yola salmaq üçün yaxınları, silahdaşları və ictimai-siyasi xadimlər İ.Aşurovun ata yurduna gediblər.
Xatırladaq ki, İ.Aşurov Müsavat Partiyasının üzvü olub.
Mərhum vəkil 1955-ci il avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi çalışmağa başlayıb. Vəkillər Kollegiyasının üzvü olub.

Bu xəbər oxucular tərəfindən 1653 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |