Şrift:
Polis Yerevanın mərkəzində etirazçıların həbsinə başlayıb
19.04.2018 [10:07] - Hadisə
Polis Yerevanın mərkəzində Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz aksiyaları keçirən mitinqçiləri həbs etməyə başlayıb.

Polis etirazçıların Fransa meydanı yaxınlığında bağladığı küçələri açmağa çalışır.

Səhər saatlarında aksiya iştirakçıları baş nazirin iqamətgahına yaxınlaşsalar da bir müddət sonra oranı tərk ediblər.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması əleyhinə keçirilən etiraz aksiyaları aprelin 13-dən başlayıb. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. Aprelin 16-da parlament binasına doğru yürüş edən mitinq iştirakçıları ilə polis arasında toqquşmalar nəticəsində onlarla insan xəsarət alıb. Aprelin 17-də müxalifət lideri Nikol Paşinyan Ermənistanda “məxməri inqilabın” başlandığını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed