19.10.2011 [21:00] - Gündəm
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş tədbirlər proqramı çərçivəsində 19 oktyabr 2011-ci il tarixində T.Şevçenko adına Kiyev Milli Universiteti (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun (BMİ) elmi şurasının iclas zalında “Azərbaycan Respublikasının və Ukraynanın müstəqilliyinin bərpasının 20-ci ildönümü: diplomatik münasibətlərin yaradılmasından strateji tərəfdaşlığadək” mövzusunda dəyirmi masa-konfrans keçirilib. Bu barədə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin mətbuat xidmətindən xəbər verilib.
Tədbirdən əvvəl iştirakçılar və Səfirliyin əməkdaşları Kiyevdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Azərbaycanın Ukraynadakı Səfirliyi və BMİ tərəfindən birgə təşkil edilmiş tədbirdə hər iki ölkədən olan tanımış alimlər, ictimai-siyasi xadimlər, xarici ölkələrin səfirləri və diplomatlar - Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudlu, T.Şevçenko adına KMU BMİ-nin direktoru, professor Valeri Kopeyka, Ukraynanın xalq deputatları Qriqori Koletnik və Aleksandr Feldman, İraq, Fələstin, Tacikistan və Qırğızıstanın Kiyevdəki səfirləri, Macarıstan, Türkiyə, Bolqarıstan, Çin, Moldova, Türkmənistan, Özbəkistan və digər ölkələrin səfirliklərinin təmsilçiləri, GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Ukrayna Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun direktor müavini Aleksandr Litvinenko, Ukrayna Milli Aviasiya Akademiyasının Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Alla Fomenko, Ukraynanın Fövqəladə və Səlahiyyətli Səfirləri, Diplomatiya Akademiyasının Fəxri doktorları - Gennadi Udavenko və Yuri Koçubey, ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin başçısı Elçin Məmmədov və başqaları, həmçinin BƏİ-nin tələbə və aspirantları iştirak ediblər.
Tədbir çərçivəsində professor Yaqub Mahmudlunun Ukrayna və ingilis dillərində nəşr olunmuş “Azərbaycan: tarixi oçerklər” kitabının təqdimatı keçirilib.

Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |