Şrift:
Öcal Oğuz: Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıyır
19.04.2018 [10:12] - Türk dünyası-Turan
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankarada UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuzla görüşüb.

Fonddan bildirilib ki, rəhbərlik etdiyi qurumun məqsədlərindən bəhs edən G.Əfəndiyeva reallaşdırılacaq layihələrin türk dünyasının tarix, mədəniyyət və irsinin qorunmasına, dünyaya tanıdılmasına töhfə verəcəyini, eləcə də türkdilli xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə zəmin yaradacağını qeyd edib.

O, həmçinin türkdilli xalqların tarixi-mədəni irsinin təşviq edilməsi istiqamətində Fondun gələcək layihələri barəsində məlumat verib.

G.Əfəndiyevanı Milli Komissiyanın mədəniyyət sahəsində türk dünyası ilə əlaqədar proqramları ilə yaxından tanış edən Öcal Oğuz yeni layihələrin gedişatı haqqında danışıb. O, Fondun fəaliyyətinin türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, türkdilli dövlətlər arasında sıx dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən söz açıb.

Daha sonra tərəflər beynəlxalq türk dili gününün müəyyən olunması və qeyd edilməsi ilə bağlı yenilikləri müzakirə edərək, bu mövzu ilə əlaqədar irəli sürülən müxtəlif təklifləri dəyərləndirib və bu günün UNESCO-nu baş qərargahına təqdim olunması üzrə aparılacaq işlər barəsində fikir mübadiləsi aparıblar.

Sonda tərəflər arasında mədəniyyət sahəsində bir sıra birgə layihələrin icra olunması haqqında danışıqlar aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed