Şrift:
"Bakı Metropolitenindən istifadə Qaydaları"na dəyişikliklər edilib
20.04.2018 [10:12] - Gündəm, Bildiriş
Nazirlər Kabineti "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2017-ci il 29 dekabr tarixli fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "Bakı Metropolitenindən istifadə Qaydaları”na dəyişikliklər edib.
Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən Bakı Metropolitenində stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.
Qeyd edək ki, əvvəlki qaydada stansiyalarda, keçidlərdə və vaqonlarda ancaq siqaret çəkmək qadağan olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed