21.04.2018 [10:45] - Diaspor
Avropada yaşayan azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində Ermənistan tərəfindən son günlər törədilən insidentlə bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıblar.
Avropa Azərbaycanlıları Konqresindən (AAK) verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusu qoşunların təmas xəttində təxribatların sayını artırıb və bu, qitədə yaşayan azərbaycanlıları ciddi narahat edir: “Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu hadisə bizi - Avropa Azərbaycanlıları Konqresini, Avropada yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Biz dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, onları təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüquq normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə israrla çağırırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya susmaqda davam edirlər. Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması, təcavüzkarın əl-qolunu daha da açır, törətdiyi cinayətlərin cəzasız qalması Ermənistan ordusunun Azərbaycanın daha neçə-neçə dinc sakininin qətlə yetirməsinə səbəb olur”.
Bəyanat AAK prezidenti Sahil Qasımov tərəfindən təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |