Şrift:
Mir Cəlalın “Dirilən adam” romanı qırğız dilində səhnələşdiriləcəkdir
29.06.2012 [15:51] - Türk dünyası-Turan
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan (TDSDF) AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Bişkekdə fəaliyyət göstərən TDSDF-in sifarişi ilə Mir Cəlalın “Dirilən adam” romanı əsasında qırğız dilində ssenari yazılmışdır. Ssenarinin müəllifi tanınmış qırğız dramaturqu Seyitkasım Altımışevdir.

Mir Cəlalın “Dirilən adam” romanının səhnələşdirilməsində Qırğızıstan və Azərbaycan aktyorlarının birgə iştirakı nəzərdə tutulmuşdur. Bu məqsədlə hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının və Qırğızıstan Dövlət Milli Dram Teatrının aktyorları ilə danışıqlar aparılır.

Əsərin ilk tamaşası Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana rəsmi səfəri zamanı həyata keçiriləcəkdir. “Dirilən adam” romanı əsasında yazılmış ssenarinin qırğız dilində səhnələşdirilməsi Azərbaycan və Qırğızıstan mədəni əlaqələrinin inkişafında yeni mərhələ olacaqdır.
Əsərin səhnələşdirilərək iki ölkə aktyorlarının birgə iştirakı ilə oynanılması fikrini Qırğızıstam mədəniyyət və informasiya naziri İbrahim Junusov dəstəkləmişdir.
Bu xəbər oxucular tərəfindən 1439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed