29.06.2012 [16:32] - Güney Azərbaycan xəbərləri
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkənin nüvə alimlərinə qarşı həyata keçirilmiş sui-qəsdləri törədən bütün şəxslərin həbs olunduğunu açıqlayıb. “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, İsrailə bağlı olan şəbəkənin bütün üzvləri müəyyənləşdirilərək yaxalanıb.
Qeyd edək ki, Mustafa Əhmədi Rövşən, Rza Qaşqayi, Məsud Əliməhəmmədi, Məcid Şəhriyari və Daryuş Rzayinejad müxtəlif illərdə sui-qəsdə məruz qalan iranlı nüvə alimləridir. İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq Məsud Əliməhəmmədini qətlə yetirməkdə günahlandırılan Məcid Camali Fəşi bir ay əvvəl edam olunub.

Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |