29.06.2012 [16:38] - Xəbərlər, Sosial
Bakıda tıxac və yüklənməni aradan qaldırmağın həlli yollarından biri inzibati binalar, ali məktəblər və digər belə müəssisələrin şəhərdən kənara çıxarılması ola bilər. Bu barədə cümə günü jurnalistlərə Azərbaycanın əməkdar memarı Emil Axundov "Böyük Bakının regional inkişaf planı" layihəsinin müzakirəsi çərçivəsində bildirib.
"Tıxacların aradan qaldırılmasına dair atılan addımlar öz kiçik töhfələrini verir, lakin sadalanan müəssisələrin şəhərdən kənara çıxarılması və Bakının mərkəzində mədəniyyət mərkəzinin yaradılması mövcud problemin həllinə əhəmiyyətli töhfə verə bilər", - Axundov deyib.
Onun sözlərinə görə, Bakı çox yüklənib, əgər bütün yeni tikililərdə məskunlaşma olarsa, əhalinin sıxlığı 1 hektarda 550-600 nəfər təşkil edəcək ki, bu da demoqrafik partlayışdır. Halbuki 20 il əvvəl 1 hektara 80 nəfər düşürdü. Bundan başqa, kanalizasiya sistemi 15-18 dəfə yüklənib.
"Son illər hökumət bu problemin həlli ilə məşğul olur və vəziyyəti sahmana salmaq üçün bir sıra addımlar atır", - Axundov vurğulayıb.
Bakı və ətraf ərazilərdə tikililərin sökülməsi məsələsinə toxunan Axundov bildirib ki, əgər bu tikililər qanunauyğun inşa edilibsə və onların sahiblərinin müvafiq sənədləri varsa, hökumət onların qayğısına qalmalıdır. Tikililər qanunazidd tikilibsə, onların sahibləri kompensasiya ala bilməz.
"Əgər qanunsuz tikililərə görə kompensasiya verilsə, istənilən şəxs pul almaq məqsədilə gecə vaxtı qanunsuz tikililər inşa edəcək və sonra onların söküntüsünə görə kompensasiya tələb edəcək", - Axundov deyib.

Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |