29.06.2012 [17:06] - Güney Azərbaycan xəbərləri
Mühəndis Vəhid Rastqu iyunun 27-i Güney Azərbaycanın Təbriz şəhərində mülki geyimli təhlükəsizlik məmurları tərəfindən Hafiz xiyabanında yerləşən öz ata evində yaxalanıb və naməlum istiqamətə aparılıb.Təhlükəsizlik qüvvələri onun ata evinə müraciət edib, evdə axtarış apardıqdan sonra, Rastquya aid kompüter, flaşkart, mobil telefonu, kitab və əlyazmaları özləri ilə aparıblar.Bu günə qədər adını çəkdiyimiz soydaşımızın harda və hansı səbəbdən saxlanıldığı barədə heç bir məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 1432 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |