30.06.2012 [11:22] - Gündəm, Hərb
Bunu Avropa Birliyi (AB) Şurasının prezidenti Herman Van Rompey regiona səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, son günlər Ermənistan-Azərbaycan sərhədində və iki ölkənin silahlı qüvvələrinin təmas xəttində baş verən zorakı insidentlər haqqında məlumatlardan həyəcanlanıb: “Faciəvi və lüzumsuz insan itkiləri ilə bağlı başsağlığı verirəm”.
Herman Van Rompey qeyd edib ki, bu münaqişəni hərbi gücdən istifadə etməklə həll etmək mümkün deyil: “Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Avropa və Asiya arasındakı qapıların tam və stabil dəyişikliyinə gətirib çıxara bilər”.
O, AB-nin ATƏT-in Minsk Qrupuna münaqişənin həllində kömək göstərmək niyyətini təsdiqləyib: “Amma razılaşma əldə olunmasının məsuliyyəti Ermənistan və Azərbaycanın üzərindədir. Avropa Birliyi dəfələrlə ATƏT-in Minsk Qrupunun işinə kömək edəcək etimad mühitinin yaradılmasına yardım etməyə hazır olduğunu bəyan edib”.
Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi və tərəfləri AB-nin xüsusi nümayəndəsini Dağlıq Qarabağa buraxmağa çağıran qətnamə ilə bağlı sualı cavablandıran Herman Van Rompey deyib ki, bu sənəd heç bir formada Dağlıq Qarabağın tanınması anlamına gəlmir.

Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |