Şrift:
Qızı qətlə yetirilən keçmiş islahatçı millət vəkilindən şok Etiraflar
30.06.2012 [11:39] - Güney Azərbaycan xəbərləri
İranın İslami Şura Məclisinin 3 və 6-cı dövrlərinin millət vəkili Məhəmmədbaqir Baqiri Nejadiyan Fərd, İranın rejimi ilə bağlı ciddi etiraflarda bulunub.

Keçən il yayda qızı Fatimənin qətlinə şahid olan Baqiri Nejadiyan Məsih Əlinejadla danışığında bildirib ki, “Bizim hamımız təqsirkarıq. Ona görə ki, keçmiş illərdə vətəndaşlarımızın öldürülməsi, edam edilməsi və yoxa çıxmasının qarşısında susmuşuq”.



Keçmiş Millət vəkili müxtəlif suallara cavab verib. O bildirib ki, “mən danışmalıyam və heç nədən də qorxmuram. Mən inanıram ki, belə zillətlə qalmaq və bu cinayətkarlarla yaşamağın heç dəyəri yoxdur”.



O, son günlərdə Beynəlxalq İnsan Haqları Kampaniyasının nümayəndəsi ilə danışığında bəyan edib ki, “onun qızı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. O, bir il ərzində qızının qətli ilə bağlı ölkə rəhbərliyi o cümlədən dini lider Əli Xamneyiyə məktub yazıb. Lakin dosye Rey şəhərinin məhkəməsində hələdə açıq qalır, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən isə davamlı təzyiq edilir ki, əgər sükut etməsə o biri övladlarını da itirəcək”.



Qeyd edək ki, keçmiş prezidentliyə namzəd Mir Hüseyn Musəvinin tərəfdarı 28 yaşlı öyrənci Fatimə Baqiri Nejadiyan Fərd, 2011-ci il iyulun 28-i (1390-cı il mordadın 6-ı) evdən çıxıb və atasının dediyinə görə, 1 gün sonra Rey şəhərinin ətraf dağlarında onun cənazəsi tapılıb.



Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin tərəfdarı olan islahatçı keçmiş millət vəkili öz qızının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünə dair izlərə işarə edərək, əlavə edib ki, keçmiş illərdə susduqlarına görə onların hamısı təqsirkardır və bir gün hamısı mühakimə olunacaqlar.



Qeyd edək ki, Keçmiş millət vəkili islam inqilabından öncə siyasi mübarizələrinə görə, həbs olunub və bu mübarizəyə görə ana və iki qardaşını qurban verib. O, bildirib ki, “inqilabın şüarlar və prinsiplərində (əsllərində) olan inhiraflara, ona görə susdum ki, islam inqilabı və onun rəhbərinə sonsuz sevgim var idi. Hər bir aşiq kar və kordur. Bu səbəbdən mən və mənim kimilərdə kar və kor idilər”.



O, əlavə edib ki, “inqilabın yeni başladığı illərdəki edamlara Ayətullah Müntəziri etiraz etdi. Lakin başqaları susdular. Mənim inqilab, imam, millət, vətən və dövlətə aşiq olmağım, mənim günahsız olmağıma dəlalət etməz. Gərək bu radikal eşqlər və susqunluqların üstü açılsın. Mənim özümdə son vaxtlara qədər çalışırdım ki, inqilabdan sonra baş verən bütün hadisələri bir təhər izah edim. Lakin hər kəs gərək öz əməlinə cavabdeh olsun.



O, sözlərini belə davam etdirib: “Biz hardan bilərdik ki, bunlar o qədər vəzifəpərəst olacaqlar ki, öz vəzifələrinə görə millət, məfkurə, sistem və hətta ALLAH və peyğəmbəri belə sual altına salacaqlar, ona görə ki 1 gün daha çox hökm sürsünlər. Biz Əmirəl Möminin Mola Əlinin islamına aşiq idik. Düşünürdük ki, İran inqilabdan sonra cənnət olacaq, sonra isə dünya cənnət olacaq və ... “.



Baqiri Nejadiyan Fərd deyib ki, “bizim millətimizin tək şansı irtibat və informasiya dönəmində yaşamasıdır. Əgər bu xəbərlər dünyada yayılmasa idi, bu hökumət hətta millətin külünü də küləyə sovurardı. Bunlar hətta öz tərəfdarlarına da rəhm etmirlər. Bunlar tarixi cinayətkarlar arasında rekord vurdular. BMT (Birləşmiş Millətlər Təşkilatı) tarixi cinayət üzrə rekordu bu hökumətə verməlidir”.



Keçmiş millət vəkili BMT-ni İran əhalisinin imdadına çağıraraq, bildirib ki, “bu hökumət öz davamını cinayətdə görür... ALLAH 70 milyon əhalinin dadına çatsın... bunlar tarixin bütün cinayətkarlarının üzünü ağartdılar”.
Bu xəbər oxucular tərəfindən 1349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed