Şrift:
Bəşər Əsəd İrana təşəkkür etdi
30.06.2012 [11:48] - Gündəm
Dünən Suriya prezidenti Bəşər Əsəd İranın dövlət televiziyasına müsahibə verib.Müsahibə zamanı Bəşər Əsəd Suriyadakı vəziyyət və xarici ölkələrin buna münasibəti haqda ətraflı danışıb. Bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Əsəd “Əl Qaidə”nin Suriya hadisələrində iştirak etdiyini və terroristləri məhv etməyin Suriya hökumətinin borcu olduğunu bildirib. Bəşər Əsədin dediyinə görə, ABŞ (Amerika Birləşmiş Ştatları) onun xoşlamadığı ölkələrə hücum etdikdə “Əl Qaidə”yə mane olmur.

Prezinent indiyə kimi Suriyaya qarşı qoyulan sanksiyaların (təhrim), beynəlxalq təzyiqin ölkəyə heç bir təsirinin olmadığını əlavə edib.

Əsəd Suriyanın yanında olduğu üçün İrana təşəkkür edib və bunun qarşılığında onlara sadiq olacağına söz verib.
Bu xəbər oxucular tərəfindən 1370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed