28.04.2018 [10:12] - Xəbərlər, Hərb
Azərbaycanda sonuncu hərbi parad 2013-cü ildə keçirilib
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) məhsulları 10-dan çox ölkəyə ixrac olunur.
Bu barədə aprelin 27-də Müdafiə Sənayesi Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib.
Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan məhsulun həcmi iki dəfə artıb. MSN müəssisələrində müdafiə təyinatlı məhsulların çeşidləri 1200 növə çatdırılıb.
«Bu il nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına uyğun, 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur. Aparılacaq işlər 181 mərhələni əhatə edəcək. Yaradılması nəzərdə tutulan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik avtomat silahları, iriçaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan kompleksini, snayper tüfənglərindən ötrü optik nişangahları göstərmək olar», - deyə nazirliyin məlumatında bildirilir.
Məlumatda əlavə edilir ki, MSN bu ilin iyununda Fransada keçiriləcək beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi olan EUROSATORY-2018-də iştirak edəcək. EUROSATORY-2018 sərgisində MSN-in 268 adda məmulatı nümayiş olunmalıdır.
Sərgidə ilk dəfə iştirak edən Azərbaycan 270 adda məhsul, həmçinin bir neçə müdafiə təyinatlı yeni məhsul təqdim etməlidir.
Nazirlik bildirir ki, yeni texnikalar iyunun 26-da Bakıda keçiriləcək Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş hərbi paradda da nümayiş olunacaq.
Azərbaycanda sonuncu hərbi parad 2013-cü ildə keçirilib.

Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |