Şrift:
İran parlamentinin keçmiş deputatı, azərbaycanlı Səməd Qasımpur edam olunacaq
30.06.2012 [13:27] - Güney Azərbaycan xəbərləri
İran parlamentinin keçmiş deputatı, azərbaycanlı Səməd Qasımpura çıxarılan ölüm hökmü qüvvədə saxlanıb.

Səməd Qasımpur narkotik maddələri saxlamaqda və daşımaqda təqsirli bilinir. Keçmiş deputatın işinə Ali Məhkəmədə yenidən baxılsa da, əvvəlki hökm qüvvədə saxlanıb və hökmlərin icrası ilə məşğul olan şöbəyə göndərilib.

Ötən əsrin 90-cı illərində Təbriz, Üskü və Azərşəhr şəhərlərindən İran parlamentinə deputat seçilən Səməd Qasımpurun nə vaxt tutulub mühakimə olunması haqda məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 1222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed