30.04.2018 [10:45] - DAVAMın yazıları
Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. İlk materialımız İbn Sinanın görkəmli davamçısı - Əbü-l-Həsən Bəhmənyar əl-Azərbaycani haqqındadır.
Əbü-l-Həsən Bəhmənyar ibn əl-Mərzban əl-Azərbaycani xalqımızın ən görkəmli filosoflarından biri olub, Yaxın və Orta Şərqdə peripatetik fəlsəfi cərəyamn ən tanınmış nümayəndələrindən idi. Bəhmənyarın doğum tarixi məlum deyil. Ölüm tarixi isə XII əsr müəllifi Əli ibn Zeyd al-Beyhəqinin “Tətimmət səvan əlhikmə” adlı əsərində göstərilir: “Əbu Əlinin (ibn Sinanın) şagirdi, etiqadına görə atəşpərəst olan filosof Müdrik Bəhmənyar ərəb dilində kamil bir tərzdə danışa bilmirdi. Əslən Azərbaycan ölkəsindən idi. Bəhmənyarın yaratdığı əsərlər arasında “İdrak”, “Musiqi haqqında” kitab və çoxsaylı risalələr vardır. Bəhmənyar Əbu Əlinin ölümündən otuz il sonra 458-ci (1065/66) ildə rəhmətə getdi”. Bəhmənyarın doğum tarixini dəqiqləşdirməkdən ötrü professor Zakir Məmmədov bir sıra fakt və əfsanələrə istinad edir. Deyirlər ki, ibn Sina dəmirçixanada olarkən bir nəfər içəri girib, dəmirçidən od istəyir. Dəmirçi deyir: “Xəkəndaz gətir, köz töküm, apar”. Gələn adam ovçuna torpaq yığıb qayıdır ki, “Közünü bu xəkəndaza tök”. İbn Sina bu mükaliməni eşidincə, düşünmədən dəmirçi ilə danışan oğlana ona şagird olmağı təklif edir. Alim onun hazırcavablığından bu dərəcədə xoşlanmışdı. Həmin oğlan Bəhmənyar idi. Bəhmənyar ibn Sinaya hələ uşaq yaşlarından şagird olması barədə özü belə danışır: “Bir dəfə ibn Sinanın o biri şagirdləri ilə birlikdə mən şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: “Görünür, sizin istirahət gününüz faydasız keçib”. Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: “Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?” İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır və bu oğlana yaxşı savad verib, onu istədiyi kimi tərbiyələndirə bilərsə, ondan görkəmli alim çıxar. Bütün bu deyilənlərdən məlum olur ki, Bəhmənyar ibn Sinadan 10-15 yaş balaca olub və deməli, onun doğum tarixi X əsrin sonlarına düşməlidir. Orta əsr müəlliflərinin bir çoxunun yazdığına görə, ibn Sinanın “Əl-mübahisat” (Birgə müzakirələr) və “Ət-təliqat” (İzahlar) kimi əsərləri onun fizika, metafizika, psixologiya və məntiq elmlərinin bir sıra məsələlərinə dair Bəhmənyarla apardığı mübahisələrinin gedişində yaranıb. Elm tarixi üçün ən qiymətli fakt budur ki, “İzahlar” əsəri Bəhmənyarın öz dəst-xətti ilə yazdığı əlyazmada saxlanmışdır. Sankt-Peterburqda və Daşkənddə Bəhmənyarın sualları və İbn Sinanın cavabları yazılmış iki məktub da qalır.
Bu əsərlərin bütün şərq dünyasında geniş yayılması Bəhmənyarın o dövrdəki kütləviliyini göstərir. Bunların üzü köçürülərək, müxtəlif universitet və saray kitabxanalarında yayılırdı. Həmin əsərlər arasında ən məşhurları “İdrak”, “Əz-zinə” (“Bəzək”), “Əl-behcə və-s-səadə” (“Sevinc və səadət”), “Fil-musiqa” (“Musiqi haqda”) və başqalarıdır. Üzü köçürülüb, yayılmış həmin kitablar bu günə qədər demək olar ki, dünyanın bütün iri kitabxanalarında saxlanmaqdadır. Ötən əsrdən etibarən bu əsərlərin Avropa dillərinə tərcümə olunması başlanmışdır. Bəhmənyarın bəzi kitabları fars dilinə az qala onun özünün sağlığında çevrilmişdi. “Ət-Təhsil” əsəri tanınmış şərqşünas A.B. Saqadeyev tərəfindən ruscaya tərcümə olunaraq, 1983-cü ildə Bakıda üç cilddə nəşr olunmuşdur.
Bəhmənyar öz fəlsəfi məktəbini yaratmış alimlərdəndir. Onun elmi və maarifçilik fəaliyyəti Azərbaycanda, həmçinin bütün Şərqdə elmi-fəlsəfi fikrin inkişafı və yayılması işində əhəmiyyətli rol oynamışdır. Onun tələbələri arasında ən parlaq sima böyük Xorasan filosofu və şairi Əbülabbas əl-Ləvkəri idi. Bəhmənyarın tədqiqatçıları Əl-Ləvkərinin və onun tanınmış tələbəsi Əbülfət ibn Xəyyamın yaradıcılığı vasitəsilə Bəhmənyarın Nəsirəddin Tusi məktəbi ilə qınlmaz əlaqələrini izləyirlər.
Müsəlman mədəniyyəti tarixində maarifçi və tədqiqatçı kimi tanınmış Şihab əd-Din əl-Mərcani fəlsəfə tarixindən bəhs edərkən Bəhmənyarın adını Şərqin ən görkəmli dörd korifeyi sırasında çəkir: “Onların arasında ən məşhurların və ən böyükləri Əbu Nəsr əl-Farabi, Əbu Əli ibn Sina, qazi Əbül Valid Məhəmməd ibn Əhməd İbn Rüşd və Bəhmənyar ibn əl-Mərzvandır”.

Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |