Şrift:
BMT-nin baş katibi Əfqanıstanda terror aktı törədənlərin cəzalandırılmasını tələb edib
01.05.2018 [10:13] - Gündəm, Hadisə
BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda terror aktı törədənlərin cəzalandırılmasını tələb edib.

BMT baş katibinin dəftərxanasının yaydığı məlumata görə, Antonio Quterreş həlak olanların ailəsinə başsağlığı verib. Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrikin yazılı bəyanatinda bildirilir ki, Kabilə və Qəndəhara hücum edilməsi dinc sakinlər arasında çoxsaylı insan tələfatına gətirib çıxarıb. Jurnalistlərə qəsdən hücum isə bu peşə sahiblərinin hər gün necə risklərlə qarşılaşdıqlarını bir daha təsdiqləyir. Bu cür hücumu təşkil edənlər ədalət məhkəməsinə cəlb olunmalıdırlar.

Xatırladaq ki, aprelin 30-da Əfqanıstanın paytaxtında 9 KİV əməkdaşı öldürülüb. Onlar Kabildə 29 nəfərin ölümü ilə nəticələnən partlayışların qurbanı olublar. Hücum nəticəsində France Press agentliyinin fotomüxbiri Şa Marai, TOLO News telekanalının operatoru, 1TV telekanalının jurnalisti və operatoru, Mashal TV-nin iki əməkdaşı və “Azadi Radio”nun (Azad Avropa radiosu/Azadlıq radiosunun Əfqanıstan şöbəsi) 3 jurnalisti həlak olub.

Terror aktının məsuliyyətini “İslam dövləti” terrorçu qruplaşması öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed