Şrift:
Lənkəran Dövlət Dram Teatrında Hüseyn Cavidə həsr olunan tədbir keçirilib
01.05.2018 [10:24] - Gündəm, Afişa
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, qüdrətli söz ustadı, istedadlı şair-dramaturq Hüseyn Cavidə həsr edilən “Mənim tanrım gözəllikdir, sevgidir” mövzusunda tədbir keçirilib.

Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov Hüseyn Cavidi Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan istedadlı dramaturq, şair, vətənpərvər ziyalı kimi səciyyələndirib, onun əbədiyaşar poeziyası barədə söz açıb, yaradıcılığını ədəbiyyatımızın zəngin xəzinəsi kimi dəyərləndirib.

Şair-dramaturq Hüseyn Cavidin keşməkeşli həyat və yaradıcılıq yolu, zəngin ədəbi irsi LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının dosent Mirhüseyn Abbasın məruzəsində əksini tapıb. Məruzədə ədibin yaradıcılığı ətraflı təhlil edilib, ədəbiyyatımızın inkişafına göstərdiyi xidmətlər vurğulanıb.

Rəsmi hissədən sonra teatrın aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub. Böyük şair-dramaturqun əsərlərindən parçaları Xalq Artisti Qabil Quliyev, Əməkdar Artist Sücəddin Mirzəyev, aktyorlar Allahverən Babayev, Miraslan Ağayev, Şəbnəm Hüseynova, Səyyad Əliyev, Günel Abbaszadə və başqaları ifa ediblər.
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed