01.05.2018 [10:27] - Gündəm, Borçalı
“Mayın 11-də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının növbəti qurultayı keçiriləcək. Qurultayda çox mühüm qərarlar qəbul olunacaq. Bu qurultaydan sonra Gürcüstanın ictimai-siyasi həyatında da çox müsbət dəyişikliklər baş verəcək”.
Bunu açıqlamasında Gürcüstan parlamentinin deputatı, partiyanın üzvü Mahir Dərziyev söyləyib. Onun sözlərinə görə, aprelin 30-da partiyanın qurucusu Bidzina İvanişvilinin iştirakı ilə parlamentdəki çoxluq fraksiyasının toplantısı keçirilib. Toplantıda partiyanın mayın 11-də keçiriləcək qurultayına hazırlıq və cari məsələlər müzakirə olunub. Çoxluq fraksiyası qurultayda Bidzina İvanişvilinin partiyanın sədri postuna seçilməsi təklifini razılıqla qarşılayıb. Bildirilib ki, dünya praktikasında olduğu kimi, B.İvanişvili hakimiyyətdə yüksək post tutmadan da partiyanın sədri ola bilər.
“B.İvanişvilinin partiyanın sədri seçilməsi ölkənin siyasi həyatındakı dəyişikliklərdə, demokratik cəmiyyətin möhkəmlənməsində və Avropaya inteqrasiyasında mühüm rol oynayacaq”, – deyə M.Dərziyev vurğulayıb. Qeyd edib ki, qurultaya qədər partiyanın sədri, baş katibi, icra katibi və siyasi şurası fəaliyyətini davam etdirəcək. Qurultayda yeni sədrlə yanaşı, yeni siyasi şuranın tərkibi və digər rəhbər vəzifələrə də seçkilər keçiriləcək.
Baş nazir, partiyanın hazırkı sədri Giorgi Kvirikaşvili partiyadakı postundan çıxsa da, hökumət başçısı vəzifəsini davam etdirəcək.

Bu xəbər oxucular tərəfindən 1774 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |