01.05.2018 [10:34] - Gündəm, Hadisə
“WhatsApp” servisinin yaradıcısı və eyniadlı şirkətin rəhbəri Yan Kum öz vəzifəsini tərk etməsi barədə məlumat yayıb.
“The Washington Post” qəzeti bunu Yan Kumla “Facebook” şirkətinin rəhbərliyi arasındakı fikir ayrılığı ilə əlaqələndirir. Qəzet yazır ki, Yan Kum təkcə “WhatsApp”dan deyil, həm də “məşhur xidmətin məlumatların göndərilməsi strategiyası və “Facebook” tərəfindən fərdi məlumatlardan istifadə etmək və onun şifrələnməsini zəiflətmək cəhdlərindən sonra” “Facebook”un direktorlar şurasından getməyi qərara alıb. Yan Kum “Facebook” səhifəsində yazıb: “Brayan və mənim “WhatsApp”ı işə salmağımızdan təxminən 10 il keçir. Bu, gözəl insanlarla olduqca maraqlı səfər idi. Lakin mənim üçün daha da irəli getmək vaxtı yetişib. Mən o anda tərk edirəm ki, insanlar “WhatsApp”la mənim təsəvvürümə gətirdiyindən də çox şeyə nail olurlar. Komanda əvvəlkindən də güclü olub və möcüzələr yaratmaqda davam edəcək”,
2014-cü ildə “Facebook” şirkəti “WhatsApp”ı Yan Kumdan 19 milyard dollara alıb. “The Washington Post” qeyd edir ki, Kum və onun tərəfdaşı – satış meneceri Brayan Ekton servisin müstəqilliyini və onun istifadəçilərinin məlumatlarını qorumağa söz veriblər. Təsadüfi deyil ki, 2016-cı ildə əlavənin şifrələnməsi mürəkkəbləşdirilib.

Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |