Şrift:
İsmayıl Hakkı Musa: Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun uğurlu gələcəyinə inanırıq
01.05.2018 [10:55] - Gündəm, Türk dünyası-Turan
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Parisdə Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ilə görüşüb.

Fonddan bildirilib ki, görüş zamanı G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən bəhs edərək türk dünyasının ortaq tarix, mədəniyyət və irsinin qorunmasına və dünyada tanıdılmasına yönəlmiş layihə və tədbirlər barədə məlumat verib, türk xalqları arasındakı qardaşlıq bağlarının möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb.

İsmayıl Hakkı Musa isə öz növbəsində, G.Əfəndiyevanı səfirliyin mədəniyyət sahəsində həyata keçirdiyi işlərlə yaxından tanış edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun uğurlu gələcəyinə və türkdilli ölkələr arasında birliyin inkişafına töhfələr verəcəyinə əminliyini ifadə edən diplomat, Fondun türk dünyası mədəni irsinin beynəlxalq arenada tanıdılması istiqamətində gördüyü fəaliyyətə dəstək verməyə hazır olduğunu söyləyib.

Görüşdə türk dünyasının təbliği istiqamətində cari il ərzində həyata keçiriləcək tədbirlər barədə geniş tərkibdə danışıqlar aparılıb və gələcək əməkdaşlıq prioritetləri müəyyən edilib.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed