01.07.2012 [20:12] - DAVAMın yazıları
MƏNSURƏ QAÇAYQIZI
Sübh tezdən, darvazanın açılmağı ilə həyətdən gələn səs məni yatağımdan qaldırdı.
- Qız hanı?
Qonşu kənddə yaşayan qohumumuz idi. Anamdan məni soruşurdu. Nə baş verdiyini anlamadan tələsik həyətə çıxdım. Qadın məni görən kimi əlini ürəyinin üstünə qoyub, çarhovuzun kənarında əyləşdi.
- Piyada gəlmişəm – deyərək, hələ də təəccüb içində olduğumuzu görüb sözünə davam etdi:
- Bakıda camaatı qırıllar. Qatardan düşəni bir-bir gülləliyillər.
“Bu nə danışır? Necə yəni qatardan düşəni gülləliyillər? Kim gülləliyir? Axı, nə üçün?. – deyə anamla bir-birimizə baxdıq. Elə bil ürəyimizi oxuyurdu.
- O xallıbaş yoxdumu, Qorbaçov, o paralanmışın adamları. Bakıdan gələn var, o deyir. Eşidən kimi qaçdım bura. Televizor da işləmir. Televizor olan yer partladılıb. Qız bilər, o studiyadı nədi, partladılıb... Booyyy, sizin heç nədən xəbəriniz yoxduuu?!..
Yanvarın 20-si idi. İki gün əvvəl, yanvarın 18-i, axşam qatarla gəlmişdik Bakıdan. 23-də imtahanım vardı. Iki gün idi insan psixologiyasından imtahana hazırlaşırdım. İndi, dünən axşam, yanvarın 19- u gecəsi, sap-sağlam qoyub gəldiyi şəhər güllələnmişdi, insanlar tərəfindən...
- Nə vaxt gedəcəksiniz? – deyə, qadın soruşdu. Axşam yola çıxacağımızı eşidəndə təşvişə düşdü.
- Getmiyin.Vallah qatardan düşəni gülləliyillər.
- Ölənlərdən artıq deyilik ki...– bunu da anam söylədi.
...O gün çox xəbərlər eşitdim, bir-birindən ağır, dəhşətli. O gün inanmaq istəmədim bu vəhşiliyə. Yalan olmasını istədim, gerçəklik susdurdu məni. Hər tərəfdə bir susqunluq, ölü sükunət...
...Vağzal həmişəkindən fərqli olaraq qələbəlik deyildi. Beş-on adamdan ibarət yol yoldaşlarımız da sükuta qərq olmuşdular... Havadan asılan siqaret tüstüləri, niğaran baxışlar...Fikirlərim relslərin səsi arasında yırğalanaraq qanad açıb uçmuşdu Çingiz İldırım küçəsinə. Kirayə qaldıgımız otağa, hər axşam dərslərimizi hazırladıqdan sonra yazı masamızın üzərinə sərilən Azərbaycan xəritəsinin yanına...
Zümrüd, Nigar, Mənsurə... Zümrüd coğrafiya fakultəsində, Niğar idman İnstitutunda təhsil alırdı. Mən isə riyaziyyatçı olacaqdım... Ərazisində müharibə gedən ölkənin tələbələri... Bir az çılğın, bir az emosional və bir də az qala müharibənin bütün acısını öz çiyinlərində daşımağa hazır olan tələbələr... Ancaq bizim xəritənin üzərində apardığımız əməliyyatlar otaqdan kənara çıxmırdı. Xəritəni masanın üzərinə sərər, qızğın müzakirələr aparardıq. Döyüş bölgələri başdan-ayağa işarələnmişdi. Son vaxtlar daha çox maraq göstərdiyim “Ehtimal nəzəriyyəsi”nə, Zümrüdün əlverişli coğrafi mövqeləri tanıdığına, Nigarın idmançı dəqiqliyinə görə bu balaca, üç nəfərlik qrup xəritədə öz qeydlərini aparır, fikirlərini ortaya qoyurdu. “Bu gün ermənilər filan kəndə hücum edə bilərlər. Bu həm coğrafi nöqteyi nəzərdən və həm də filan-filan səbəblərdən...” Ehtimallar əksər hallarda doğru çıxırdı. Səhəri gün bunu həyətdə yaşayan hərbçi Tofiq əmiyə söyləyəndə, “Yaxşıyın, görək”- deyə gülümsünər, bir-iki gündən sonra isə bizimlə rastlaşanda heyrətlə deyərdi.
-Sizinlə kəşfiyyata getmək olar.
...Amma biz Bakını unutmuşuq...O heç ağlımıza da gəlməmişdi... “Yox, Tofiq əmi, bizdən kəşfiyyatçı çıxmaz...”
***
Bakı soyuq qarşıladı bizi. Tanklar, rus əsgərləri...
- Onların üzünə baxma.- bunu anam söylədi.
Mən isə nifrətlə əsgərlərin üzlərinə deyil gözlərinə baxırdım. Bütün nifrətinmi onlara yağdırmaq, gözlərindən törətdikləri qanlı cinayətin izlərini oxumaq istəyirdim. Onların isə sanki gözü yox idi. Bəli, onların hamısı cansız, hissiyatsız, qana susamış yırtıcı kimi görünürdü. İçimi parçalayan sözü dilimə gətirdim:
- Faşistlər.
... Adamsız şəhər, sifətindən qəm yağan vağzal, gəmilərin aramsız fiti, matəm musiqisi səsləndirən metro, binaların eyvanından asılan qara ələm... Bu idi bizi qarşılayan şəhər...
- Hardan gəldiniz?
Elə bil göydən düşmüşdük. Otaq yoldaşlarımın ağrılı baxışları altında xəritəni axtardım. Divardan asmışdılar. Qələm dəyməmiş hissəsindən yaralı Bakının qanı süzülürdü...
...Şəhidlər xiyabanı... Minlərlə insan seli. Çiyinlərdə xiyabana gətirilən şəhidlər... Dillərdə səslənən şüarlar... 19 yanvar gecəsi rus ordusunun qətlinə fərman verdiyi günahsız insanlar... Qərənfil yağışı...
O gün göz yaşalrım qurumuşdu... O gün gözlərimdən bir damla yaş çıxmadı... O gün şəhidlər xiyabanında, bu qədər tabutun qarşısında qanım donmuşdu, nitqim batmışdı... O gün mən diri ikən ölü idim..
...Anam dedi, gedək qohumlardan xəbər tutaq. Kiminsə ölüm xəbərini eşitmək adiləşmişdi. Necesen deyil, kim ölüb sualı verirdi adamlar bir-birinə...
...Televizorda o vaxtkı Ali Sovetin sessiyası gedirdi. Millət vəkillərindən birinin 20 yanvar faciəsi ilə bağlı çıxışı Gülnaz xalanı hövsələdən çıxardı:
- Qalx, zəng elə ona, danışacam.
Millət vəkilinin telefon nömrəsini bilmirdim axı. Gülnaz xala təccüblə ona baxdıgımı görüb dedi:.
- 09-a zəng elə, ev telefonunu al. De ki, seçicisidi...
Millət vəkili xəttə gözləyirdi. Dəstəyi almağı ilə Gülnaz xalanın dediyi cümlə bu oldu:
- Azərbaycanın çörəyi burnundan gəlsin...
...Bəli, atanın, ananın çörəyi demədi, Vətənin çörəyi dedi...
Və 20 yanvarın 22-ci ilinə qələmə aldığım yazıya gözlərimdən süzülən üç damla...
26 yanvar 2012

Bu xəbər oxucular tərəfindən 1628 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |