01.07.2012 [22:41] - Xəbərlər, Sosial
Türkiyənin Azərbaycandakı səfirliyində Nuru Paşaya abidə qoyuldu. Qeyd edək ki, zaman-zaman bu sərkərdəyə Azərbaycanda heykəl qoyulması gündəmə gətirilsə də, hələ ki, bir nəticə yoxdur.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov məsələ ilə bağlı deyib ki, Nuru Paşanın fəaliyyəti o qədər genişdir ki, Gəncədə, Göyçayda, ümumiyyətlə keçdiyi hər yerdə ona heykəli qoyula bilər:
“Bundan öncə cəmiyyətimizdə belə fikir yayılmışdı ki, Nuru Paşaya “Qurd Qapısı”nda heykəl qoyulsun. Hətta orada bu imklanlar da var. Belə fikirlər səsləndirilirdi ki, bu, ancaq heykəllə bitməsin, bir kompleks yaradılsın. Bilirsiniz, hesab edirəm ki, Nuru Paşaya həqiqətən bir minnətdarlıq olmalıdır. Düşünrəm ki, Bakının azad olunmasında, Azərbaycan Xalq Cümhuriyyətin qurulmasında Nuru Paşanın çox böyük xidməti olub. Buna görə də minnətdarlıq üçün bu heykəl olmalıdır”.
15 sentyabr 1918-cu ildə, ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, daşnak erməni və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan höküməti Bakıya köçüb.
Aytən ƏLİYEVA

Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |